EURO 1,874 TRY 0,2569
USD 1,7 RUB 0,0216
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:16.12.2019 15:18:05

İntihar etdiyi gün 41 yaşını ailəsi ilə qeyd edib.

Bu gün intihar xəbəri yayılan Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu barədə bəzi faktlar əldə edilib.

"BakuPost" xəbər verir ki, özünü asaraq intihar edən Elmar Əlizadə peşəkar kadr olub. O əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov İcra Hakimiyyətində çalışıb, nümunəvi işçi kimi tanınıb.

İntihar etdiyi gün 41 yaşını ailəsi ilə qeyd edib.

Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə özünü asıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.


Bakıda intihar etmiş yüksək vəzifəli məmur barədə TƏFƏRRÜAT - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda aprelin 8-dən sonra orta və ali məktəblər açıla bilər
    İranda aprelin 8-dən sonra orta məktəblər, universitetlər və idarələrin fəaliyyəti bərpa oluna bilər.
     01.04.2020
    Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir
    Azərbaycanda pandemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin müvəqqəti tutulmaması nəzərdə tutulur.
     01.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ