EURO 1,9852 NEFT 79,3
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:10.07.2018 13:37:23

Ötən gün sosial şəbəkələrdə paytaxt küçələrinin birində iribuynuzlu heyvana işgəncə verən sürücünün görüntüləri yayılıb. Görüntülərdə heyvanın maşına bağlanaraq sürünməsi öz əksini tapıb.

Ötən gün sosial şəbəkələrdə paytaxt küçələrinin birində iribuynuzlu heyvana işgəncə verən sürücünün görüntüləri yayılıb. Görüntülərdə heyvanın maşına bağlanaraq sürünməsi öz əksini tapıb.
 
İslamazeri.com xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov "Qafqazinfo”ya  bildirib ki, hadisə dərhal polis əməkdaşları tərəfindən araşdırılıb: "Məlum olub ki, hadisə ötən ayın 9-da paytaxtın Məhəmməd Xiyabani küçəsində baş verib. Həmin şəxs 10-LO-913 qeydiyyat nişanlı "Qazel" markalı avtomobilin sürücüsü, 43 yaşlı Kərimov Rüstəm Elbruz oğlu olub. O, bölməyə dəvət olunub və məsələdən peşman olduğunu bildirib. Ancaq haqqında Yasamal rayon DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.2. - ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə tətbiq edilib.
 
"Mən qeyd edim ki, tarixən dədə babalarımızdan "günahdır” sözünün eşitmişik.  Heç bu məsələdə inzibati tənbeh tədbirləri nəzərdə tutulmasa belə, heç bir vətəndaş belə zorakılığa yol verməməlidir. Yəni, vəhşi  heyvanların belə ovlanmasında qanunvericilikdə nəzərdə tutulmuş tələblər var. Bu tələbləri yaddan çıxarmamaq lazımdır. Ona görə də bunu çəkib göndərən şəxsə minnətdarlığımızı bildiririk”- deyə Vaqif Əsədov bildirib.
 
 

Bakıda heyvanı sürüyən sürücü polisə çağırıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ heyvanları öldürmə üsulu ilə edam cəzalarını həyata keçirəcək
    Əvvəllər belə üsuldan heyvanların öldürülməsində istifadə edilib.
     19.09.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ