EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:24.04.2019 13:33:55

İlkin araşdırma zamanı məlum olub ki, F.Dadaşova borca görə özünü öldürüb.

Hüquq-mühafizə orqanları Azərbaycanda gənclər arasında intiharların sayının artmasından narahatdırlar. Növbəti belə bir hadisə aprelin 23-də Yasamal rayonu ərazisində baş verib.

Bu barədə Oxu.Az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

23 yaşlı Firuzə Dadaşova Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının yeddinci mərtəbəsindən özünü ataraq intihar edib.

İlkin araşdırma zamanı məlum olub ki, F.Dadaşova borca görə özünü öldürüb.

Firuzə metronun “Gənclik” stansiyasının yaxınlığında gözəllik salonunda işləyib. Onun obyektin sahibinə min manatdan çox borcu olub. Gözləməkdən yorulan gözəllik salonunun sahibi Firuzədən pulunu tələb edib.

Məlumdur ki, hadisədən əvvəl qızla obyekt sahibi arasında telefon söhbəti olub. Dadaşova bildirib ki, ondan əl çəkməsələr, özünü öldürəcək.

Gözəllik salonunun sahibi ondan bunu etməməyi xahiş edib.

Qeyd edilir ki, obyekt sahibi tərəfindən F.Dadaşovaya qarşı heç bir təzyiq və təhdid olmayıb.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir.


Bakıda gənc qız min manat borca görə özünü öldürdü - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu aviaşirkət 300-dən çox aviareysini təxirə saldı
    İtaliyanın "Alitalia" aviaşirkəti işçilərin etirazlarına görə 300-dən çox reysini təxirə salıb.
     21.05.2019
    Bakıda yol qəzası: sərnişin avtobusu minik avtomobillə toqquşdu - VİDEO, FOTO
    Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ