EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:16.04.2019 16:20:43

Bakının Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanı vəhşicəsinə öldürən Qazax rayon sakini, 1985-ci il təvəllüdlü Namiq Vəkilov Ali Məhkəməyə müraciət edib.

Bakının Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanı vəhşicəsinə öldürən Qazax rayon sakini, 1985-ci il təvəllüdlü Namiq Vəkilov Ali Məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə məhkum olunan və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum edilən Namiqin apelyasiya şikayəti təmin olunmamasından sonra o, Ali Məhkəməyə üz tutub. Namiq Vəkilov cəzasının yüngülləşdirilməsini xahiş edib.

Qeyd edək ki, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub.

Qətlə yetirilən qadın tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər.

Ayın 28-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları mərhumun tanışı Namiq Vəkilovu Qazax rayonu ərazisində tutublar.

O, etiraf edib ki Anjelikadan 500 manat borc pul alıb, bir müddətdən sonra qadın pulunu istədikdə, həmin məbləği qaytara bilməyəcəyini başa düşüb və buna görə də onu öldürüb.

Ayın 21-də Namiq Vəkilov Xətai rayonunda yerləşən aptekdən psixotrop tərkibli “Tramadol” həbləri alıb və oradan avtobusla Hövsana gəlib. Qadının süzdüyü çay fincanına dərmanı əzib, toz şəkilində tökərək 15-20 dəqiqədən sonra onun halsız vəziyyətə düşməsinə nail olub. Morozova çarpayıya uzandıqda, başına selofan paket keçirərək, onu qəsdən həyatdan məhrum edib.


Bakıda falçının əl-ayaqlarını bağlayıb vəhşicəsinə öldürdülər - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi
    Avstriyalı deputat hicab qadağasını pisləyib.
     21.05.2019
    Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
    "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ