EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:10.04.2019 15:18:29

Bakıda daha bir məktəblinin faciəvi ölümü ilə bağlı məlumat yayılıb.

Bakıda daha bir məktəblinin faciəvi ölümü ilə bağlı məlumat yayılıb.

İslamazeri.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 21-də 123 nömrəli tam orta məktəbdə baş verib. Belə ki, məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.

Bunu görən digər sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək İlkin adlı şagirdin özünü pis hiss etdiyini xəbər veriblər. İlkinin sinif yoldaşları əvvəlcə onun stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti stadiona gedib və həqiqətən də İlkinin vəziyyətinin kritik olduğunu görüb.

Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün xəstəxanada qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib.

Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. 123 nömrəli tam orta məktəbdən bildirilib ki, fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb:

"Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.

Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib.

Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.

Məktəb rəhbərliyi şagirdin ailə üzvlərinə başsağlığı verib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır".


Bakıda daha bir məktəbdə faciə olub: 1 şagird öldü, 2-si nəzarətə götürülüb - GİZLƏDİLİB?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
     24.04.2019
    Kim Çen In Rusiyada: Bu, mənim son səfərim deyil!
    Şimali Koreya lideri Rusiyaya səfər edib.
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ