EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.10.2018 12:51:00

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük təhlükə yaranıb.

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük təhlükə yaranıb. Təhlükə sürüşmə ilə bağlıdır.

İslamazeri.com xəbər verir ki, baş nazirin müavini Hacıbala Abutalıbov modern.az-a faktı təsdiqləyib:

"Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər də buradadır. İclas keçirilir. Narahatlıq üçün əsas yoxdur”.

Baş nazirin müavini iclasdan sonra ictimaiyyətə geniş açıqlama verəcəyini vurğulayıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.


Bakıda böyük təhlükə yarandı: Hacıbala Abutalıbovdan açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Həsənov: “Başqa dinə sitayiş etsələr də...”
    "Hər bir dövlətin dialoqa olan münasibəti onun daxilindən başlayır."
     20.10.2018
    Bin Salmanı silmək üçün düyməyə basılıb
    Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hakimiyyətdən uzaqlaşdırılması üçün düyməyə basılıb.
     20.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ