EURO 1,9988 NEFT 52,52
USD 1,7008 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:08.05.2017 09:51:23

“İlin sonuna anbarlardakı məhsul qurtaracaq, dərmanları isə artıq yeni qiymətlərlə almaq lazım gələcək”...

“Bir aydan çoxdur ki, buynuz qişanın müdafiəsində istifadə edilən "Xiloial mono" preparatınıaxtarıb tapa bilmirəm. Bu dərman, Z.Əliyeva adına göz xəstəlikləri Elmi Təhqiqat İnstitutunun apteki də daxil olmaqla, paytaxtın heç bir aptekində yoxdur”.

Hövsan qəsəbəsinin sakini, keratokonus (buynuz qişasının nazikləşməsinin yaratdığıxəstəlikdir) göz xəstəliyindən əziyyət çəkən İlham Məcidov belə deyir.

Apteklər həmin dərmanın yerinə digər surroqatlar (əvəzedicilər) təklif edirlər. Ancaq İ.Məcidov onların effektivliyinə şübhə etdiyini bildirir.

“Buna görə də tanışımdan xahiş etmişəm ki, həmin preparatı Moskvadan gətirsin”, İ.Məcidov deyir.

Bu durumla son zamanlar dərmana ehtiyacı olan bəzi bakılılar da rastlaşdığını bildirir. Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatlara görə bəzi dərmanların tapılması ilə bağlı vəziyyət ürəkaçandeyil. Apteklərin sayının azalmasıgöz, infeksion və terapevtik xəstəliklər üzrə kəskin dərman qıtlığının yaranması ilə müşayiət olunur.

Bakıxanov qəsəbəsindəki bir çox aptekin satıcıları deyir ki, dərman təminatında fasilələr var. Satışa Rusiya istehsalı olan preparatlar daha çıxarılmır. Satılanlar isə əvvəlki partiyanın qalıqlarıdır.

“Əvvəllər 2-3 manata başa gələn populyar vitaminlər indi başqa adda və qablaşdırmada, 20-25 manata satılır. Bu cür vəziyyət onkoloji, kardioloji, nevroloji təyinatlı preparat qrupları üzrə də müşahidə olunur ”, satıcılar deyir.

Ekspertlər də deyirlər ki, apteklərdə antibiotiklər, ağrıkəsicilər, ürək xəstəlikləri və allergiyaya qarşı dərmanlarda çatışmazlığı var.

Azadliq.org xəbər verir ki, iqtisadçı Azər Mehdiyevin sözlərinə görə, valyutaların məzənnəsinin dəyişməsi satınalma qiymətlərinin artmasına gətirib çıxarıb. Çünki bütün preparatlar ölkə hüdudlarından kənarda alınır.

“Dərman qıtlığı məhz satınalma qiymətlərinin artırılması ilə bağlıdır. Şirkətlər kifayət qədər çətin vəziyyətdədir, onların dərman tədarükü üçün nəzərdə tutulmuş büdcələri Avropa satış qiymətlərinə tam uyğun deyil. Nəticədə tədarük kəmiyyətcə azalıb, xəstələrin tələbatı isə ötən ilin səviyyəsində qalıb. Bu vəziyyətdə apteklər xarici preparatları Pakistanın patentsiz oxşarları ilə əvəz etməyə çalışırlar”, ekspert deyir.

A.Mehdiyev bildirir ki, hadisələr bu ssenari üzrə inkişaf edərsə, dərmanlar daha da bahalaşacaq.

“İlin sonuna anbarlardakı məhsul qurtaracaq, dərmanları isə artıq yeni qiymətlərlə almaq lazım gələcək”...

Hökumət isə dərman bazarındakı durumu problemli hesab etmir.

Bir müddət əvvəl baş nazirin müavini Əli Əhmədov jurnalistlərə bildirmişdi ki, Azərbaycanda dərman qıtlığı ilə bağlı böhran vəziyyəti yoxdur.

“Əgər bir aptekə müəyyən bir dərman yoxdursa, bu heç də o demək deyil ki, onlar ümumiyyətlə yoxdur. Ölkənin farmakologiya bazarının təxminən 100 faizi idxal məhsullarından ibarətdir. Ona görə də tədarüklə bağlı müəyyən problemlər yaranır və hökumət onları həll etməyə çalışır ”, o, demişdi.

Azərbaycan hökuməti dərman istehsalına diqqəti artırmaq niyyətindədir.

Bu il yanvarın 16-sı Bakıdakı Pirallahı Sənaye Parkında «Caspian Pharmed» əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.

Layihənin tərəfdaşları TPICO (İran İslam Respublikası) 49 faiz, «Azersun Holdinq» 26 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibinə malikdirlər. Layihə 3 mərhələdən ibarət olacaq.

Birinci mərhələdə həb, kapsul, ikinci mərhələdə ampula, flakon, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.

Yaxın illərdə Azərbaycanda dərman istehsalına başlanacağı gözlənilir.


Bakıda bəzi dərmanlar tapılmır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya İŞİD-i darmadağın etdi: 200-dən çox terrorçu məhv edildi - VİDEO
    Rusiya Hava Kosmik Qüvvələri (HKQ) Suriyada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.
     21.08.2017
    İspaniya məhkəməsi İsrail rejiminin Baş naziri Netanyahunun həbs olunması ilə bağlı hökm verdi
    7 nəfərin arasında Sionist rejimin keçmiş hərbi naziri Moşe Yəlun və hazırki hərbi nazir Aviqdor Liberman da yer alır.
     21.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ