EURO 1,8352 TRY 0,2784
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:28.11.2019 09:24:26

Komitə sədri Bakıda 5 mərtəbəli binaların sökülməsindən danışdı.

"Bakıda 5 mərtəbəli binaların sökülməsi məsələsi Baş Plan formatında həll olunan məsələ deyil. Bu binaların hər birinin vəziyyətindən asılı olaraq, onların hər biri ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən qərarlar veriləcək".

İslamazeri.com Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, Baş Plan çərçivəsində inkişafı zəruri olan böyük ərazilər - 50, 100 hektarlıq və daha böyük ərazilər müəyyənləşdiriləcək. Həmin ərazilərdə gələcəkdə yeni tikinti layihələri həyata keçirilə bilər: "Bakının yeni Baş Plan layihəsinin əsas mahiyyəti şəhərin zonalaşdırılması, ərazidən daha səmərəli istifadə edilməsi, lazım olduqda şəhərin müəyyən hissələrində məhdudiyyətlərin tətbiq olunması və inkişaf üçün perspektivli olan ərazilərin müəyyən edilməsidir. Baş Plan və onun miqyası, konkret binalar, məhəllələr, küçələrin problemlərini həll etmir, onun miqyası daha genişdir".


Bakıda beşmərtəbəli binalar söküləcəkmi? - AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail səfiri, 180 şagird, 14 sərhədçi koronavirus şübhəsilə karantinə salındı
    İsrail Cənubi Koreyadan gələn turistlərdə koronavirus aşkarlandıqdan sonra fövqəlada vəziyyətə keçib
     23.02.2020
    Neftçalanın sabiq icra başçısı və digərləri barəsində həbs qətimkan tədbiri seçildi
    Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər şəxslər məhkəmə qarşısına çıxarılıb.
     22.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ