EURO 1,9876 NEFT 78,69
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:20.06.2018 23:48:16

2018-ci ilin mayında Bakının avtomobil bazarında orta qiymət 30 208 manat təşkil edib.

2018-ci ilin mayında Bakının avtomobil bazarında orta qiymət 30 208 manat təşkil edib.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 11,4 faiz artıb.

N.İbrahimov bildirib ki, may ayında ümumilikdə 2 134 avtomobil satışa çıxarılıb:

"Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 5,17 faiz artıb. Satışa çıxarılan avtomobillərin 86,27 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 30 195 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 13,73 faizini təşkil edib, orta qiymət isə 30 290 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 71,93 faiz, orta qiyməti 38 023 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 28,07 faiz, orta qiyməti 10 180 manat təşkil edib”.

Ekspert bildirib ki, aprel ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 171,66 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 8,62 faiz az olub. Avtomobillərin orta yaşı 12 il olub.


Bakıda avtomobil bazarında qiymətlər artdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransada kilsəni otel edəcəklər
    Fransada kilsə satışa çıxarıldı.
     18.09.2018
    Bu gün açılan Ələt-Astara yolu hələ ki, pulsuz olacaq
    Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun açılışı olub.
     18.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ