1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:05.12.2019 11:07:46

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır

"Report" xəbər verir ki,1994-cü il təvəllüdlü Zeyniyev Elton Oktay oğlu 166 nömrəli sərnişin avtobusunun sürücüsü tərəfindən döyülüb. 

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona burun sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır.

Qurumun mətbuat katibi Mais Ağayev “Report”a bildirib ki, həmin marşrut xətti üzrə daşıyıcı - “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb.

Hadisə ilə bağlı onda izahat tələb olunub.

“Ümumiyyətlə, bildirim ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə, onunla bağlanan müqaviləyə xitam veriləcək”,- M.Ağayev qeyd edib. 


Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan sərhədini qeyri-qanuni keçən əcnəbilər saxlanılıb - VİDEO
    Onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
     14.08.2020
    Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ