Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Mehdiabad-Balaxanı yolunda qeydə alınıb. “Range Rover” markalı avtomibillə “Opel” markalı avtomobil toqquşub. Zərbənin təsirindən yoldan çıxan “Range Rover” yanmağa başlayıb. Tam deformasiyaya uğrayan “Opel”də olan iki nəfər dünyasını dəyişib.
Yanan avtomobili söndürmək üçün əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb. Hadisə şahidlərinin sözlərinə görə, yanan “Range Rover”in sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb. Faktla əlaqədar cinayət işi başlanılıb araşdırmalar aparılır
İslamazeri.com
Bakıda ağır yol qəzası: Ölənlər var