1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:22.05.2019 16:10:57

"Əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir ki, onların təmizlənməsi istiqamətində işlər görülür".

"Əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir ki, onların təmizlənməsi istiqamətində işlər görülür".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Şöbə müdiri bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur: "Çirklənmiş ərazilərin qiymətləndirilməsi, inventarlaşması işləri aparılır. Meşə sahələri artırılır, açıq sahələrdə aqrobağlar salınır, tez böyüyən ağac plantasiyaları yaradılır, kənd təsərrüfatına yararlı torpaq sahələrinin kənd təsərrüfatına təyinatı üçün istifadə olunması işləri görülür, yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb".

O qeyd edib ki, Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb, magistral avtomobil yollarının kənarlarında aqrobağlar salınır.

Rasim Səttarzadə deyib ki, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalını müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür: "Alternativ yanacaq növü kimi sıxılmış təbii qaz həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır".


Bakı və Abşeronda 7 min ha ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müqavimətin yanında qalacağıq - Bəşər Əsəd
    Suriya prezidenti keçən həftə həmkarlar ittifaqlarından ibarət 150 xarici nümayəndə heyətini qəbul edib
     18.09.2019
    Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
    Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği müəyyənləşib.
     18.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ