EURO 1,8691 NEFT 51,08
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.12.2016 11:27:54

Dünən paytaxt Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarından birində şəhər sakinləri maraqlı mənzərənin şahidi olub.

İslamazeri.az xəbər verir ki, 37 nömrəli ictimai nəqliyyat vasitəsindən istifadə edən sərnişin gediş haqqını ödəmək istəyərkən sürücü onun pulunu götürməyib. Bu barədə paytaxt sakini Orxan Hüseynov məlumat verib. Avtobusu idarə edən şəxs bildirib ki, dünən heç kimdən gediş haqqı almayıb. Buna səbəb naməlum Bakı sakini tərəfindən əvvəlcədən hamının əvəzinə ödənişin edilməsi olub. Sözügedən şəxs bu addımı İslam peyğəmbəri Hz. Muhəmmədin (s) mövlud günü ilə əlaqədar atıb. 

Qeyd edək ki, daşıyıcılıqla məşğul olan şirkətin yalnız bir avtobusunda gediş haqqı pulsuz olub.

Tanınmış sosioloq Cavid İmamoğlu bu nümunəvi addımla bağlı münasibət bildirib: "Müsəlman olanda da, gərək sosial müsəlman ola biləsən. Varlığından camaat xeyir görə bilsin. Gözəl təşəbbüsdür. Peyğəmbərin (s) mövlud gününü bu avtobusun sərnişinləri daha çətin unudalar".

O qeyd edib ki, mövlud gününü gözəl əxlaqı, sonra isə ictimaiyyətə faydası ilə yaşada bilən hər kəsə nə qədər təşəkkür etsək azdır: "Ömrünü insanlığın yüksəlişinə həsr etmiş bir Peyğəmbərin (s) doğum günü nə etsək belə, yenə də azdır. Ömrü boyu bütün malı və pulunu Allah yolunda ehsan edən Peyğəmbərin (s) doğum günü hər bir müsəlman kasıbın əlindən tutmağı özünə borc bilməlidir".


Bakı sakinindən Peyğəmbərin (s) mövludu ilə bağlı nümunəvi addım: "Nə qədər təşəkkür etsək azdır"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtən 5 min eşşəyin axtarışı: “8-ci kilometr” bazarında murdar ət satışı... - VİDEO, FOTOLAR
    Azərbaycanda murdar, qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran, “Leşyığanlar mafiyası” kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür.
     28.03.2017
    Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi
    Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ