1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:02.09.2019 13:42:00

Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Komitədən Trend-ə verilən məlumata görə, belə ki, Bakı-Moskva aviareysi ilə getmək istəyən Qazaxıstan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarətindən keçərkən baqajında olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. Sərnişin gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Ona məxsus baqaj rentgen aparatından keçərkən orada valyutaya bənzər təsvirlər əks olunub. Bundan sonra vətəndaş saxlanılıb və çantasına baxış keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı ona məxsus baqajın içərisindəki pul qabında, əl çantasında, sellofan paketdə cəmi 3 mln. 531 min 350 rus rublu, 6 253 ABŞ dolları və 400 manat aşkarlanıb.

 Faktla bağlı araşdırma aparılır.

Bakı-Moskva aviareysi ilə getmək istəyən Qazaxıstan vətəndaşı saxlanıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ