EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.06.2019 19:53:50

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan yeni qatarlar alacaq.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan yeni qatarlar alacaq.

Bu barədə Report-a Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, iyunun 4-də Bakı Metropoliteninə yenilənmiş metro vaqonlarının birinci heyətinin göndərilməsinə həsr edilən təntənəli tədbir olacaq.

Mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Huseynov, Transmaşholdinq Səhmdar Cəmiyyətinin baş direktoru Kirill Lip və digər şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, cari il yanvarın sonunda 81-765. B/766.B modelli 30 metro vaqonunun Azərbaycanın paytaxtına çatdırılması ilə bağlı müqavilə imzalanıb. Bu modeldən olan qatarlar Bakı metrosunda 2017-ci ildən uğurla istismar edilir. 2019-cu ilin sonuna kimi Bakı metrosu üçün altı qatar inşa ediləcək.

Yeni modellər əvvəlkilərlə müqayisədə bir sıra üstünlüklərə malikdir.


Bakı Metropoliteni Rusiyadan yeni qatarlar alır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-lı yüksək vəzifəli: Biz İranla müharibə istəmirik
    ABŞ-lə məmur İranla olan vəziyyəti şərh edib.
     18.06.2019
    Gürcüstandan sığınacaq istəyən və dünən həbs olunan azərbaycanlı fəal ekstradisiya olunacaqmı?
    2017- ci ildən Gürcüstandan sığınacaq istəyən və orada yaşayan ictimai fəal Avtandil Məmmədov yerli polis tərəfindən saxlanılıb.
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ