EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.06.2019 14:21:46

"Bakı-Məşhəd" müntəzəm sərnişin daşıma marşrutunun açılması və Azərbaycan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran İslam Respublikasının ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılıq əldə olunub.

"Bakı-Məşhəd" müntəzəm sərnişin daşıma marşrutunun açılması və Azərbaycan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran İslam Respublikasının ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı razılıq əldə olunub.

Bu barədə İslamazeri.com-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Razılıq 12-13 iyun tarixlərində Bakı şəhərində keçirilən Azərbaycanla İran arasında 2002-ci ilin may ayında Tehran şəhərində imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası zamanı əldə olunub. 

Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi Mənuçehr Salmanzadə rəhbərlik edib.

İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

H.Həsənov qeyd edib ki, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 446 mln ABŞ dolları təşkil etmişdir ki, bu da 2017-ci il ilə müqayisədə 74% artıq olub.

Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə “Azərbaycan-İran Qarışıq Komissiyası”-nın növbəti iclası öz işinə yekun vurub.


Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019
    İran XİN: ABŞ-ın məhdudiyyətləri Zərifin səfərinə təsir edə bilməz
    XİN rəsmisi Musəvi Cavad Zərifin onsuz da Nyu-Yorka gələndə bütün danışıqlarını və müsahibələrini Nazir Pompeonun qeyd etdiyi bölgədə etdiyini qeyd edib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ