1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.07.2019 10:50:51

Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

Bakı şəhərini daha da gözəlləşdirmək, buranı gözəl məkana çevirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Bununla əlaqədar bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq bu işlər sinaq kimi Nərimanov rayonunda başlanıb.

Bu barədə İslamazeri.com-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.  

İyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdə olacaq. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.

Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Bakı Şəhər İcra Hakimiyyəti bununla əlaqədar olaraq Nərimanov rayon sakinlərini layihəyə dəstək verməyə və bu işdə fəal iştirak etməyə çağırır.

Sakinlərə prossesləri izah edilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələri əhali ilə məhəllələrdə görüşlərə başlayıb, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, mənzillərə broşyuralar paylanılır.

Məlumata görə, gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq.


Bakı Meriyası ilə Britaniya şirkəti müqavilə bağladı - İngilislər bu işi görəcək...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
     11.07.2020
    Çox dilli Shafaqna agentliyinin Azərbaycan dilində saytı fəaliyyətə başladı
    "Çox dilli Shafaqna.com agentliyinin azərbaycanca bölməsi fəaliyyətə başlayıb."
     11.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ