1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:11.05.2019 02:28:22

Londonun "Arsenal" klubunun yarımmüdafiəçisi, milliyyətcə erməni Henrix Mxitaryan mayın 29-da Avropa Liqasının finalında iştirak etmək üçün Bakıya gələ bilər.

Londonun "Arsenal" klubunun yarımmüdafiəçisi, milliyyətcə erməni Henrix Mxitaryan mayın 29-da Avropa Liqasının finalında iştirak etmək üçün Bakıya gələ bilər. Bu barədə TASS agentliyi UEFA-ya istinadən bildirib.

"Bu, UEFA üçün standart prosedurdur- UEFA-nın himayəsi altında matçlarda iştirak etmək imkanlarının əldə edilməsi məqsədilə assosiasiyalara, klublara və ya səfirliklərə dəstək məktublarının göndərilməsi. Biz Mxitaryanla heç bir problemin olmayacağı barədə zəmanət tələb etdik", - UEFA-nın məlumatında qeyd olunur.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası cavab olaraq bildirib ki, bu oyunçunun Azərbaycana gəlişi və ölkədə qalması ilə bağlı problem olmayacaq və bütün lazımi təhlükəsizlik tədbirləri görüləcək.

Bundan öncə iki dəfə Mxitaryan Azərbaycan klubları ilə matçlarda iştirakdan imtina edib. (Turan.az)


Bakı Henrix Mxitaryanın təhlükəsizliyinə zəmanət verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ