Bakı Dəmiryolu Vağzalında aparılan axtarışlar başa çatıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həyata keçirilən axtarışlar nəticəsində hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Elan olunub ki, bilet almaq istəyən şəxslər binaya daxil ola bilərlər.
Vağzalın əməkdaşları da binaya buraxılıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib.
Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.
Bu barədə “Report”un əməkdaşı xəbər verir.
Belə ki, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub.
Bakı Dəmir Yolu Vağzalının binasındakı qurumların fəaliyyəti bərpa olunub.
Binaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.
Bakı Dəmiryolu Vağzalında axtarışlar başa çatıb, vağzal fəaliyyətini bərpa edib