1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:16.12.2019 10:05:30

Son günlər paytaxt bazarında və ticarət mərkəzində baş vermiş yanğınlar çoxlu suallar yaradıb, müəmmalara, şübhələrə və müxtəlif mülahizələrə yol açıb.

Son günlər paytaxt bazarında və ticarət mərkəzində baş vermiş yanğınlar çoxlu suallar yaradıb, müəmmalara, şübhələrə və müxtəlif mülahizələrə yol açıb.

Bir neçə ay öncə Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzinin yanması, şəhərin şimal istiqamətində "EuroHome” ticarət mərkəzinin kül olması, çox çəkməmiş 3-cü mikrorayon dairəsi yaxınlığındakı bazarın alovlanması bu hadisələrdə qəsd, yoxsa təsadüf olması ehtimallarının irəli sürülməsinə səbəb olub.

"Yeni Müsavat” qəzetinin əməkdaşları 3-cü mikrorayon bazarına baş çəkib və vəziyyətlə maraqlanıb. Ərazidə polis əməkdaşları keşik çəkir və istintaq aparıldığına görə çəkilişə icazə olmadığını bildirirdilər. Bir qədər sonra jurnalistlər yanan bazara buraxıldı və öyrəndik ki, hazırda hadisənin səbəbləri öyrənilir.

Müşahidələrimizə əsasən deyə bilərik ki, yanğının miqyası "EuroHome” ilə müqayisə oluna bilməz.

Burada iki yük maşını və bir neçə piştaxtalar, dəmir konstruksiyalı obyektlər kül olub. İstintaq getdiyi üçün hansısa yekdil rəy bildirmək çətindir, lakin ilkin müşahidələr onu deməyə əsas verir ki, bu obyektlərin qısaqapanmadan yanması suallar doğurur. Çünki hansısa sintetik mal yox, açıqlıq bir yerdir, piştaxtalar bazarın ortasında yola qoyulub. Bununla belə, xoşbəxtlikdən bu dəfə yanğının miqyası geniş olmayıb və vaxtında qarşısı alınıb.

Zərərçəkən ticarətçilərə hansısa köməklik olunub-olunmayacağı bilinmir. Amma böyük ehtimal ki, özləri ziyandan çıxmağa çalışmalıdırlar. Bazarın böyük hissəsi isə yanğından mühafizə olunub. Yanğının konkret nədən olduğu hələ ki açıqlanmayıb.

Rəsmi məlumatda deyilir ki, ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZel” markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb.

Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

***

Bu hadisələrin yaratdığı presedent digər ticarət mərkəzlərində yanğına qarşı hansı qabaqlayıcı tədbirlərin görülməsi məsələsini aktuallaşdırıb. Odur ki, 3-cü mikrorayon bazarını tərk edib Lökbatanda yerləşən "Binə” ticarət mərkəzlərinə yollandıq.

Ticarətçilərin bəziləri ilə söhbətimizdə öyrəndik ki, iri dükanları olanlar odsöndürən balonlar alıblar.

Ticarət mərkəzində brend mağazalar, böyük obyektlər önləyici tədbir görüblər. Amma həmin balonların hamısının içində su olub-olmadığı dəqiq deyil. Lakin əksər kiçik piştaxtaların, obyektlərin sahibləri yanğınsöndürən balonlar almayıblar. Yəni iraq olsun, hansısa qısqapanma yaransa, yanğının miqyası geniş ola bilər.

Çünki "Binə” bazarının içərisi sıxlıqdır, giriş-çıxışda yanğınsöndürən maşınların hərəkəti üçün şərait olsa da, piştaxtaların ərazisinə daxil olmaq çətindir. Üstəlik, burada maşın saxlamağa da yer tapmaq müşkül işdir.

Satıcıların sözlərinə görə, hər bir obyektin "oqnotuşitel”i olmalıdır: "Amma kiçik dükanların sahibləri balon almırlar. Bu işdə ticarət mərkəzlərinin rəhbərlərinin də günahı var”.

Ticarətçilər danışırlar ki, siqnalizasiya sisteminin, yanğın sensorlarının, yanğın dolablarının, yanğın hidrantların, yanğınsöndürən balonların, ehtiyat çıxışın, təxliyyə planın və şərti işarələrin, yanğın su çəninin olması və daim işlək, saz vəziyyətdə saxlanılması vacibdir.

Çünki bina fasadının asan yanan materiallardan olması, içəridə satılan mal-material, məişət cihazları, geyim, elektronika və tikinti materialları ani bir qığılcımda necə böyük yanğına səbəb ola bilər.

Ona görə ticarət mərkəzi özü yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır.

Ticarət mərkəzinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş , kustar üsulla düzəldilmiş elektrik və qaz cihazları ilə yemək-çay qızdıranlara rast gəlmək olar. Bu da öz növbəsində yanğın təhlükəsi yaradan amillərdir.

Məsələn, "Binə” TM-də siqaret çəkib yerə atan istərsə satıcı, istərsə müştəri nə qədər desən görmək olar. Elə bunun nəticəsidir ki, bu il "Binə” ticarət mərkəzi bir neçə dəfə yanıb.

***

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirir ki, hadisələrin ardıcıl baş verməsi cəmiyyətdə yanğınların qəsdən törədildiyi, konflikti olan adamların bir-birindən qisas alması fikrini formalaşdırıb. Onun fikrincə, təxribat və ya qəsd ehtimalı azdır, lakin bu versiyanın da araşdırılması zəruridir.

İ.İsmayıl hesab edir ki, bazarlarda, ümumiyyətlə, müxtəlif məntəqələrdə baş verən yanğınlarda daha çox səhlənkarlıq elementləri nəzərə çarpır.

Ekspert qeyd etdi ki, təhlükəsizlik qaydalarına əməl edilməsində boşluqlar var: "Hansısa hadisə olanda müxtəlif versiyalar meydana çıxır və araşdırmanın yekununda iki variantdan biri qalır. Ancaq son baş verənləri daha çox səhlənkarlıq kimi dəyərləndirirəm, təxribat izi görmürəm. Sadəcə, cəmiyyətdə zəncirvari reaksiya yaranır və hesab edilir ki, kimsə rəqibini sıradan çıxarmaq üçün bu yoldan istifadə edir. Ancaq bu versiyalar ətrafında iş aparmağa dəyər. Hər halda problemi öyrənmək lazımdır. Amma təxribat ehtimalı kiçikdir və yanğının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri standartlara uyğun olmalıdır”.

Yada salaq ki, ötən həftə ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, parlament seçkiləri ərəfəsində bu hadisənin təxribat olması istisna edilməməlidir. O hesab edir ki, istintaq orqanları bu cür hadisələri araşdırarkən hər ehtimalı nəzərə almalıdır.

Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də ticarət mərkəzlərində baş verən yanğınlara səbəb kimi sahibkarların etinasızlığını əsas göstərib. Onun sözlərinə görə, bazarda obyekt götürüb çalışan sahibkarların bəzən axşam işdən gedəndə elektrik çaydanını, qaz sobasını, yaxud da digər elektrik avadanlığını yanılı qoyub getməsi sonradan bədbəxt hadisə ilə nəticələnir: "Ticarət mərkəzlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı prezident İlham Əliyev Nizami rayonundakı ticarət mərkəzində baş verən güclü yanğınla bağlı keçirdiyi müşavirədə qeyd etmişdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ona görə də ticarət mərkəzlərini çalışdıran şəxslər bu işə ciddi yanaşmalıdırlar”.


Bakı bazarlarında müəmmalı yanğınlar: qəsd, yoxsa...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ