1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.05.2019 14:16:48

Bakı-Ankara qatarı fəaliyyətə başlayacaq.

Bakı-Ankara qatarı fəaliyyətə başlayacaq.

Bu barədə Türkiyə Dəmiryollarının saytında yazılıb.

Məlumata görə, qatarın əvvəllər Bakıdan Ankaraya 38 saata çatacağı deyilsə də, bu müddət 40 saatdan çoxdur. Amma bu müddətin azaldılmasına çalışılır.

Vaqonlardan asılı olaraq, qiymətlər 97-200 manat (350-800 türk lirəsi) aralığında olacaq. Bu məbləğ təyyarə biletlərinin qiymətlərindən (850 lirə - 234 manat) aşağı, 280 lirə (təxminən 77 manat) olan avtobus bilet qiymətlərindən yüksəkdir.

Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.

Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.

Qatar avqustda fəaliyyətə başlayacaq.

Hələ ki bir həftə üçün bir reys nəzərdə tutulur. Gələn il növbəti qatarın da xəttə buraxılması ilə səfər sayı həftədə iki dəfəyə çatdırılacaq. (oxu.az)

 

 
 
 
 
 

Bakı-Ankara qatarı fəaliyyətə başlayır - QİYMƏTLƏR + FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ