EURO 1,8691 NEFT 51,35
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:23.02.2017 17:18:47

Bu kitabda yazılmış olan bəzi babi hökmlər belədir...

Tarix boyunca özlərini Məhdi və ya Məhdinin xas naibləri olaraq tanıdan bir çox saxta iddiaçılar meydana çıxmışdır. Bunlara misal olaraq Qadiyani, Sudanlı Məhdi və Şirazlı Əli Muhəmmədi (Bab) göstərə bilərik.

Bunlar xalqın elimsizliyindən istifadə edərək maddi mənfəətlər üçün xalqın dini inanclarına xəyanət edərək bir çox adamı öz ətraflarına toplayıb, “Mən vəd edilən Məhdiyəm” deyərək etiqadlarında azmasına səbəb oldular. Bunların saxta və yalançı olduqları dini alimlər tərəfindən tezlikələ başa düşülmüş və etirazla qarşılanmışdır.

Günümüzdən təxminən 160 il əvvəl iranlı bir gənc özünü səmavi bir elçi olduğunu iddia edərək ətrafına müridlər toplamağa başladı. Bunlar daha sonra “Babilər “ olaraq tanınıb adlandırıldılar. Bu gəncin adı Şirazlı Əli Muhəmməd idi. Əli Muhəmməd, özünü ilk əvvəllərdə müsəlman olaraq göstərmiş olsa da zaman içərisində özü üçün həqiqət olmayan müxtəlif dini rütbələr icad və iddia etməyə başladı.

Şirazlı Əli Muhəmməd, iddialarının əvvəlində, İslam dininin əsas inanclarından olan Məhdəviyyat etiqadının varlığından faydalanaraq, özünü inanclı xalq ilə Həzrət Məhdi arasında bir vasitə və ya başqa bir deyişlə gözlənilən, vəd olunmuş xilaskar, Həzrət Məhdiyə açılan bir qapı olaraq tanıtdı. Buna görə müridləri tərəfindən “Bab” (qapı) ünvanı ilə tanınmış oldu. Əli Muhəmməd “Bab” iddiasından qısa bir zaman sonra özünü gözlənilən xilaskar “Məhdi” elan etdi. Ancaq Məhdilik iddiasının üzərindən çox keçmədən bu dəfə də özünün əslində bir “peyğəmbər” və ya bir din sahibi olduğu iddialarını, ətrafındakılarına yaymağa başladı.

Bab olaraq tanınan Şirazlı Əli Muhəmmədin bu iddiaları İranda müsəlman xalqın etirazlarına yol açdı. Bab Əli Muhəmmədin əmriylə onun müridlərindən biri, azana yeni bir cümlə əlavə edərək, Şiraz məscidində bir azanı oxudu. Azana əlavə edilmiş yeni cümlədən yeni peyğəmbər olduğu mənası başa düşülürdü. Bu azan oxuma hadisəsi istər Şiraz məscidi istərsə də Şiraz şəhərinin hər yerində bütün müsəlmanların böyük etirazına səbəb oldu və Şiraz valisi bu hadisə ilə əlaqədar Əli Muhəmmədi sorğu-suala çağırdı. Bu sorğu-sualın nəticəsində Bab Əli Muhəmməd, Şiraz valisindən bir sillə yeyincə, məsciddə xalq içində öz iddialarından dönərək tövbə etdi və oxutdurduğu bu azana görə də üzr istədi. Ancaq bu hadisənin üzərindən çox keçmədən Bab Əli Muhəmməd, yenə köhnə iddialarını təkrarladı və “Bəyan” adlı kitabı yazaraq bu kitabın ona vəhy olaraq gəldiyini söylədi.

Bu kitabda yazılmış olan bəzi babi hökmlər belədir:

1. Babi kitablar xaricindəki bütün digər kitabların yandırılması lazımdır.

2. Babi olmayan və ya Babi şəriətini qəbul etməyən şəxslərin yaşam hüquqları olmadığını və onların öldürülməsinin icazəli olduğu,

3. Babi olmayan şəxslərin məzar və türbələrinin məhv edilməsinin zəruriliyi.

Bu dəhşətli hökümlər, müsəlmanlar və babilər arasında gərginliyi hər gün artırmaqda idi. Bu vəziyyət getdikcə daha da gərginləşərərək babilərin üsyanına və İranın 3 bölgəsində, Xorasan, Zəncan və Xəzər dənizi sahillərində qanlı ixtişaşlara səbəb oldu.

İran dövləti, Babın həbs edilməsinə qərar verdi. Ancaq Babın səbəb olduğu qanlı üsyanlar davam edincə, edamına qərar verildi və Bab Əli Muhəmməd Təbrizdə edam edildi. / 313news.net


Babilik nədir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Husilər Səud şəhərlərini ballistik raketləri ilə atəşə tutdu
    Yəmənin "Ənsarullah" hərəkatı Səud şəhərlərini ballistik raketlərlə atəşə tutdu.
     28.03.2017
    Vəkil satirik şairlə görüşüb:
    Vəkil Elçin Sadıqov satirik şair Tofiq Həsənli ilə görüşüb.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ