BƏƏ maraqlı aksiya keçirilib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Birləşmiş Ərəb Əmirliklərində ölkə rəhbərliyi və sakinlər cürbəcür rekordlara imza atmağı sevirlər.
Dubayda yerləşən “Kite Beach” çimərliyində 4 min ölkə bayrağından BƏƏ-in qurucusu və "atası" hesab edilən şeyx Zeyd Sultan Al Nəhəyyanın nəhəng portreti düzəldilib. Bu ölkənin bayraq günü münasibət ilə edilib.
“BƏƏ bayrağı bizim birliyimizin, əhəmiyyətimizin və gücümüzün havada dalğalanan simvoludur.”, - deyə Əbu Dabinin vəliəhd şahzadəsi şeyx Muhəmməd bin Zeyd “Twitter”-də yazıb.
BƏƏ-də minlərlə bayraqdan şeyx Zeydin şəklini düzəltdilər - FOTO