EURO 1,9783 NEFT 48,06
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:25.06.2017 20:38:22

Sayt "SecureCollect" texnologiyası ilə şifrələnir ...

Azərbaycanda yeni sosial şəbəkə yaranıb. Sosial şəbəkə "Equpy.com" domeni adı ilə fəaliyyət göstərir.

İslamazeri.com şəbəkənin təsisçilərindən biri olan Elşən Kazimdən müsahibə alıb.

Bu sosial şəbəkə kim tərəfindən yaranıb və digərlərindən nə ilə fərqlənir?

- Sosial şəbəkə Equpy Group tərəfindən yaradılıb, digərlərindən istifadə rahatlığı və bəsitliyi, həmçinin funksiyalarının çoxluğu ilə fərqlənir. İstifadəçilər qeydiyyatdan keçərək öz şəxsi hesablarını yaradır və aşağıdakı funksiyalardan istifadə hüququna sahib olurlar:

- Dostlarla və tanışlarla əlaqədə olma

- yazılı, səsli və görüntülü mesajlaşma

- Səsli statuslar paylaşa bilmə

- Qruplar və səhifələr yaratma və ya digərlərinə qoşula bilmə

- Tədbirlər yaratma, digər tədbirləri görmə və qoşula bilmə

- Oyunlar

- Filmlər

- Elanlar yaratma, digər istifadəçilərinin elanlarını görmə və alış-veriş edə bilmək

- Və digər yüzlərlə funksiya...

 

 

İnsanların məlmat təhlükəsizliyi necə qorunur və əks təqdirdə hansı tədbirlər görünür?

 Saytda "Gizlilik" bölməsində də qeyd etdiyimiz kimi, insanların informasiya təhlükəsizliyi tərəfimizdən ən yüksək səviyyədə texnologiyalar ilə qorunur. Bütün informasiyalar SSL və tərəfimizdən sistemə inteqrasiya edilmiş "SecureCollect" texnologiyası ilə şifrələnir və bu cür daxili istifadəyə yönləndirir. Bu cür şifrələmə zamanı istifadəçi məlumatlarını biz belə görə, oxuya və ya redaktə edə bilmirik.

 

Sosial şəbəkəni milli sosial şəbəkə adlandıra bilərikmi?

Baxmayaraq ki, sosial şəbəkənin yaradacıları yalnız azərbaycanlılardır, biz təkcə azərbaycanlıları deyil başqa millətlərdən olan insanlara da xidmət göstərməyə hazırıq, qapımız milliyətindən asılı olmayaraq hər kəs üçün açıqdır.

 

Hansı kampaniyalardan istifadə edərək bu yeni sosial şəbəkənizi tanıtmağı düşünürsüz?

Saytımızda 1 iyula qədər tanıtım məqsədli yarış keçirilir. Yarışa qatılmaq üçün saytın linkini #equpy həşteqi ilə müxtəlif sosial şəbəkələrdə paylaşmaq kifayətdir. 1 iyul canlı yayımda seçiləcək qalibə tam yeni iPhone 7 veriləcək.

 

Məqsədiniz nədir?

Məqsədimiz insanların ünsiyyət qurmasını asanlaşdırmaq, onların yeni dostlar qazanmasına kömək etmək, hazırkı böyük sosial şəbəkələrlə: Facebook, Twitter və b. ilə eyni pilləyə yüksəlməkdir. Bu pilləyə yüksəlmək üçün insanların dəstəyi bizim çox vacibdir. Biz də öz növbəmizdə istifadəçilərimizin rahatlığı üçün çalışacağıq. Həmçinin istifadəçilərin iradlarını və təkliflərini də dinləməyə hazırıq.


Azərbaycanlılar "Equpy" adlı yeni sosial şəbəkə saytı yaratdılar (MÜSAHİBƏ)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu sözləri Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi deyib
     23.07.2017
    Suriya - Livan sərhəddində anti-terror əməliyyatları davam edir - VİDEO
    Suriya-Livan sərhəddində yerləşən Qələmun və Ərsal şəhərlərinin terrorçulardan təmizlənmə əməliyyatı davam edir
     23.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ