EURO 2,0003 NEFT 51,67
USD 1,7009 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:26.12.2016 14:03:09

Bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub...

İslamazeri.az xəbər verir ki, dekabrın 24-də nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edildi. Moskvanın «Şaqal» klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycan yazıçısı Varis də var.

Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili «Ədəbiyyat ili» elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, «Rossiyskiy kolokol» ədəbiyyat jurnalı və İnternational Writers Union (İWU) təsisatı tərəfindən təsis edilmişdir.
Bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub.

Onlardan da ən yaxşıları «Fantastika», «Fəlsəfi ədəbiyyat», «Ruhani ədəbiyyat», «Vətənpərvərlik ədəbiyyatı» və «Uşaq ədəbiyyatı» kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşmüş, final mərhələsinə vəsiqə qazanmışlar. Nəhayət, tərkibi gizli saxlanılan münsiflər heyəti gizli səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: müasir yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşib.

Varis Yolçuyev «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib olub.
Xatırladaq ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu «Sovremenniki i klassiki» vintaj seriyasından çıxmışdır, Moskvada Mərkəzi Ədiblər Evində, Nyu-Yorkda «Sankt-Peterburq» kitab mağazasında, eləcə də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində onun təqdimat mərasimləri keçirilib.
Əlbəttə ki, Sergey Lukyanenko, Andrey Şarqorodskiy, Zaxar Prilepin, Eduard Uspenskiy kimi (təsəvvür edin ki, Boris Akunin, Mixail Jvanetski, Lev Anninski, Mixail Zadornov kimi dünyaşöhrətli yazarlar finala yüksəlsələr də laureat adını qazana bilməyiblər) tanınmışlarla bir sırada həmyerlimizin də olduqca nüfuzlu mükafatla təltif olunması Azərbaycan adına, ədəbiyyatımız adına böyük nailiyyətdir.

Moskva Ədəbiyyat Mükafatını qazanan Varis ikiqat sevinc hissi keçirdiyini vurğulayıb.

Onu da qeyd edək ki, mükafatlandırılan «Yanvarın 13 günü» kitabı hazırda Rusiyadan başqa Avropa və Amerikada da satışdadır. (Modern.az)


Azərbaycanlı yazıçı Rusiyada mükafatlandırıldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Havanın temperaturu yüksələcək
    Avqustun 24-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
     23.08.2017
    Azərbaycan Rusiyadan S-500 raket əleyhinə müdafiə sistemi alır
    Azərbaycan Respublikası bu çərçivədə Rusiyadan ən son texnologiya müdafiəetmə sistemləri alacaq.
     23.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ