EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:16.01.2017 12:56:09

Camal Yusifzadə yanvarın 16-da ürək tutmasından dünyasını dəyişib. Şair sabah Lənkəranda dəfn olunacaq...

3.Göz

Camal Yusifzadə yanvarın 16-da ürək tutmasından dünyasını dəyişib. Şair sabah Lənkəranda dəfn olunacaq.

Qeyd edək ki, Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb (1960-1965).

Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).

1998-ci ildən Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində çalışırdı. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub. (APA)


Azərbaycanlı şair Camal Yusifzadə vəfat edib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ