1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.07.2018 13:55:12

Ötən gün axşam saatlarında isə o, körfəzin yaxınlığındakı Aladərə şəlaləsinə çıxıb və qayalıqlara dırmaşıb.

Türkiyənin Muğla rayonunun Fəthiyə qəsəbəsində azərbaycanlı turist Məryəm Ömərovanın başına bədbəxt hadisə gəlib.

Yenicag.az xəbər verir ki, qayalıqlara dırmaşan Məryəm müvazinətini itirib və nəticədə şəlalənin töküldüyü yerə düşərək ölüb.

Türk telekanallarının məlumatına görə, Məryəm iyulun 6-da bir qrup dostu ilə Kabak körfəzinə turist düşərgəsi qurmağa gedibmiş. Ötən gün axşam saatlarında isə o, körfəzin yaxınlığındakı Aladərə şəlaləsinə çıxıb və qayalıqlara dırmaşıb. Mənzərəni seyr edərkən bir anda müvazinətini itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə düşüb. Bu zaman həmin ərazidə qayalara dırmaşan başqa bir turist gənc qadının yıxıldığını görüb, təcili tibbi yardıma zəng edib.

Xilasedicilər və həkim briqadası qayalıq ərazidə 1,5 km məsafə qət edərək şəlaləyə çatıb və M. Ömərovanın cansız bədəni sudan çıxarılıb.

İslamazeri.com


Azərbaycanlı qız qayadan yıxılaraq öldü - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb
    Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.
     18.02.2019
    Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub
    O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.
     18.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ