EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.05.2019 01:09:42

Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.

Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib.

Sədrin sözlərinə görə, leytenant rütbəsi olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində yerli orqanların birində müstəntiq işləyib:

"Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb".

F.Qasımov qeyd edib ki, A.Əliyevanın bir müddət əvvəl nişanlanıb:

"Aysel bir müddət əvvəl idmançı bir oğlana nişanlanıb. Hazırda meyit morqdadır, tam rəy açıqlanandan sonra yaxınlarına təhvil veriləcək. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib".


Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı: “Zorla nişanlayıblar”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda yüzminlərlə uşağa 65 dollar yardım ediləcək, tələbələrə...
    Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya məlumat verib.
     07.08.2020
    Səudiyyə Yəməni bombaladı: Mülki vətəndaşlar həyatını itirdi
    Səudiyyə yenə hücum həyata keçirib
     07.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ