EURO 2,0368 NEFT 55,35
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:05.04.2017 12:34:10

Əliyev kişi voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı idarə edəcək 4 hakimdən biri olacaq.

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat gəlib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) təcrübəli həmyerlimizi məsul oyuna təyin edib.


Belə ki, Əliyev kişi voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı idarə edəcək 4 hakimdən biri olacaq. Bu isə Azərbaycan voleybol tarixində ilkdi. Çünki indiyədək belə mötəbər turnirin həlledici oyunlarında azərbaycanlı referi olmayıb.

CEV İtaliyanın paytaxtı Romada keçiriləcək həlledici oyunlar üçün Əliyevlə yanaşı, Ərdal Əkinçi (Türkiyə), Blaz Markelj (Sloveniya) və Vladimir Simonoviçə (Serbiya) dəvət göndərib. Bu hakimlərin hansının hansı oyunu idarə edəcəyi isə qarşılaşmalar ərəfəsi açıqlanacaq.

Yarımfinalda əsas referilərin final və ya 3-cü yer uğrunda matçda ikinci hakim olması gözlənilir. Bu səbəbdən də təmsilçimizin yarımfinalda olacağı dəqiqdi. Onun finalda olması həmin idarəçilikdən asılıdı.

Qarşılaşmalar aprelin 29-30-da olacaq. Hələlik ev sahibi “Peruca”nın “Dördlər finalı”nda iştirakı rəsmiləşib. 6 komanda isə 1/3 finalda digər 3 komandanı müəyyənləşdirəcək.

Qeyd edək ki, Əliyev bu mövsüm Çempionlar Liqasında 5 matç idarə edib. O, kişilərin yarışında “Noliko” (Belçika) - “Zaksa” (Polşa), “Halkbank” (Türkiyə) - “Peruca” (İtaliya), qadınların mübarizəsində “Vakıfbank” (Türkiyə) - “Dresdner” (Almaniya) və “Uraloçka” (Rusiya) - “Vakıfbank” (Türkiyə) görüşlərində ikinci hakim olub. Bu matçların hamısı qrup mərhələsinə təsadüf edib. Həmyerlimiz həmçinin kişi komandaları arasında 1/6 final mərhələsi çərçivəsində baş tutan “Arkas” (Türkiyə) - “Dinamo” (Rusiya, Moskva) əsas referi funksiyasını yerinə yetirib.


Azərbaycanlı hakim Çempionlar Liqasının finalını idarə edə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Neft bahalaşıb
     20.09.2017
    Meksikada güclü zəlzələ ən azı 149 nəfərin həyatına son qoyub (FOTOLAR)
    İki həftə əvvəl baş vermiş ölümcül zəlzələdən sonra Meksika yenidən silkələnib.
     20.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ