EURO 1,9876 NEFT 78,69
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:11.09.2018 00:50:01

Ermənistanda Nikol Paşinyanın iqtidarı ələ keçirməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi tamamilə dalana dirənib.

Ermənistanda Nikol Paşinyanın iqtidarı ələ keçirməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi tamamilə dalana dirənib. Mətbuata açıqlamalarında Paşinyanın Qarabağ barədə səsləndirdiyi sərsəm fikirlər belə qənaətə gəlməyə imkan yaradır ki, Azərbaycan Aprel döyüşlərinə bənzər əməliyyatlar keçirərək düşməni yerinə oturtmalıdır.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzVision.az-a açıqlamasında bildirib ki, gündəmdə daha kəskin formada hərbi əməliyyat keçirilməsi planı var:

“Hər an Aprel döyüşlərindən daha geniş və dərin tapşırıqlarla əhatə olunan hərbi əməliyyat ola bilər. Bu, aprelin daha geniş formatda təkrarı olacaq və erməniləri yerində oturtmaq üçün kifayət edəcək”.

Y.Aydəmirov qeyd edib ki, gec olmadan Ermənistan tərəfi konstruktiv danışıqlara qayıtmalıdır: “Paşinyan ucuz siyasətlə məşğuldur. O, əvvəllər Rusiya ilə münasibətləri gərginləşdirmə yolunu tutmuşdu, amma dərhal yola gətirdilər. Heç kim şübhə etməsin ki, Paşinyan Qarabağ məsələsində də başa salınacaq və yola gətiriləcək. Bu, baş verməsə, Azərbaycan aprel döyüşlərinin geniş formatda təkrarı ilə onu ağıllandıracaq”.

İslamazeri.com


Azərbaycanlı generaldan Paşinyana “ağıllı ol” mesajı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransada kilsəni otel edəcəklər
    Fransada kilsə satışa çıxarıldı.
     18.09.2018
    Bu gün açılan Ələt-Astara yolu hələ ki, pulsuz olacaq
    Xəbər verdiyimiz kimi, bu gün Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun açılışı olub.
     18.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ