EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:17.11.2017 11:03:44

Cihaz Azərbaycanda pulsuz paylanılacaq

Azərbaycanlı gənc ixtiraçı Rəşid Əliyev gözdən əlillər üçün xüsusi qurğu icad edib. 

İxtira etdiyi qurğu ilə bağlı fikirlərini “Report”a bölüşən R.Əliyev deyib ki, bu qurğu “Brail teach” (Breyl tədrisçisi) adlanır.

Müsahibimiz adıçəkilən cihazın “brail” (breyl) əlifbasını öyrənmək üçün olduğunu və bir neçə dildə mövcudluğunu qeyd edib: “Brail teach”də 8 interaktiv oyun var və onlar iki rejimdə çalışır - hərflər və rəqəmlər. Bu üsul öyrənilən məlumatları daim yeniləməyə imkan verir."

R.Əliyevin sözlərinə görə, cihazın bəzi kompanentlərinə və proqram təminatına görə müəlliflik hüququna məxsusdur: “Maliyyə tərəfini nəzərə alsaq, patentə baş vurmaq sərf etmir. Amma kütləvi istehsal haqqında danışıqlar gedir. Bəzi şirkətlər, şəxslər var ki, bu işə qoşulmaq istəyirlər. Bu sonuncu prototipdir və bundan sonra istehsal gözlənilir”.

İxtiraçı deyib ki, “Brail teach”in proqnozlaşdırılan satış qiyməti 50-60 dollar olacaq və bu cihaz Azərbaycanda pulsuz paylanılacaq: “Azərbaycanda məktəb yaşında görmə məhdudiyyətli 300-ə yaxın insan var. Amma hədəf götürdükdə, Azərbaycanda bütün hədəf qruplarında ümumilikdə 2000-dək görmə məhdudiyyətli şəxs var. Dünya üzrə isə bu rəqəm 2013-cü ildə 35 mln. idi, 2020-ci ildə 75 mln. nəfərə çatacaq. Bu il onların sayı 45 mln. nəfərə yaxınlaşıb. Hazırda dünya üzrə bu qurğunun 300 mln. nəfər potensial istifadəçisi ola bilər.”


Azərbaycanlı gənc ixtiraçı gözdən əlillər üçün xüsusi qurğu icad edib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ