1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:28.05.2019 00:05:43

"Sabah" futbol klubunun sabiq qapıçısı Tərlan Əhmədlinin "Toyuma beş gün qalmış dedilər problem yaranıb, toyda yox, oyunda olmalısan" açıqlamasına qarşı tərəfdən cavab gəlib.

"Sabah" futbol klubunun sabiq qapıçısı Tərlan Əhmədlinin "Toyuma beş gün qalmış dedilər problem yaranıb, toyda yox, oyunda olmalısan" açıqlamasına qarşı tərəfdən cavab gəlib.

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov "Ölkə.Az"-a açıqlamasında bildirib ki, qolkiperə toy üçün icazə verilsə də, son anda ona ehtiyac duyulub:

"Məsələ tam göstərildiyi kimi deyil. Orada başqa məsələlər də var. Əslində, Tərlan Əhmədlinin müqavilə müddəti bitmişdi. Rəsmi saytımızda da bu barədə açıqlama verdik ki, müqavilə müddətimiz bitdiyinə görə beş futbolçumuzla yollarımızı ayırmışıq. Futbol elədir ki, burada əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Hər bir peşəkar komandada 2-3 qapıçı olur. Elə alındı ki, komandamızın əsas və üçüncü qapıçıları zədələndi. Məcbur idik ki, qapıda kimsə dursun. Həmin vaxt başqa qapıçını hardan tapa bilərdik ki? Bəli, əvvəlcədən Tərlan Əhmədliyə toyuna görə icazə verilmişdi. Amma sonradan deyildi ki, əgər alınırsa toyu təxirə sal. O da bildirdi ki, mümkün deyil. Həmin vaxt ukraynalı qapıçı Dmitri Bezruk komandada baxışda idi. Yalnız onunla müqavilə bağladıqdan sonra problemi həll etmək mümkün oldu. "Keşlə" ilə oyunda da qapını məhz Bezruk qorudu. O ki qaldı Tərlanın məsələsinə, klubdan onun toyunda iştirak edənlər də oldu. Sadəcə, həmin vəziyyətdə bir təcrübəli qapıçı kimi onun köməyinə ehtiyacımız olduğu üçün bu müraciət edilmişdi.

Qeyd edək ki, T.Əhmədli Sportlife.az saytına müsahibəsində "Sabah"dan göndərilməsini toyunu təxirə salıb oyuna çıxmamağı ilə əlaqələndirib.

Azərbaycanlı futboçu toy etdiyinə görə komandadan qovulub?


Azərbaycanlı futbolçu toy etdiyinə görə komandadan qovulub? - AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ