1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:18.05.2019 10:03:16

İlk beşlikdə Azərbaycanın iki cüdoçusunun təmiz qələbəyə səbəb olan fəndləri yer alıb.

Beynəlxalq Cüdo Federasiyası Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirində idmançıların yerinə yetirdikləri ən yaxşı ipponları təqdim edib.

Publika.az xəbər verir ki, ilk beşlikdə Azərbaycanın iki cüdoçusunun təmiz qələbəyə səbəb olan fəndləri yer alıb.

Belə ki, Nicat Şıxəlizadənin (66 kq) yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyə qarşı işlətdiyi fənd birinci olub. Telman Vəliyevin (73 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Denis Yartsevə qarşı işlətdiyi fənd isə dördüncü yerə layiq görülüb.

Qeyd edək ki, N.Şıxəlizadə "Böyük dəbilqə" beynəlxalq turnirində gümüş, T.Vəliyev isə bürünc medal qazanıb. Yarışda Hidayət Heydərov (73 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kq) bürünc medala sahib olublar.


Azərbaycanlı cüdoçulardan “Böyük dəbilqə”də UĞUR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ