1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:16.12.2019 14:50:00

Erməni ailəsinin övladlığa götürüb Ermənistana apardığı Eldəniz Məmmədov (Armen) doğma anası Qəndab Əhmədovaya qovuşub.

Erməni ailəsinin övladlığa götürüb Ermənistana apardığı Eldəniz Məmmədov (Armen) doğma anası Qəndab Əhmədovaya qovuşub.

İslamazeri.com baku.ws-ə istinadən xəbər verir ki, 51 illik həsrətə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında son qoyulub.

Onların görüşü Eldənizin hazırda yaşadığı Rusiyanın Rostov şəhərində baş tutub. 65 yaşlı ana ilə 51 yaşlı oğulun görüşündə təsirli anlar yaşanıb.

1954-cü il təvəllüdlü Qəndab Əhmədova 14 yaşı olarkən qohumu tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə onu qaçıran şəxs həbs olunur və 8 il azadlıqdan məhrum edilir. Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur. Beləliklə, 1 yanvar 1968-ci ildə qaçırılan Qəndab 13 oktyabr 1968-ci tarixində oğlu Eldənizi dünyaya gətirir. Uşağa ananın soyadı verilir. Əhmədova Qəndab xanımın qızlıq soyadı Məmmədovdur. Beləliklə, doğulan körpənin doğum şəhadətnaməsində Eldəniz Məmmədov Famil oğlu yazılır. Qəndabın ailəsi bu uşağı qəbul etmir və atılır. Faciə də bundan sonra başlayır...

Onun 51 il əvvəl - 1968-ci ildə dünyaya gətirdiyi oğlu erməni ailəsinə övladlığa verilib və yeni ailəsilə birlikdə Ermənistana köçüb. Eldəniz 1972-ci ildə 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. Erməni ailə Eldənizi Körpələr Evindən götürdükdən sonra adını dəyişib Armen qoyur. 1988-ci ildə ailə gecə ilə Azərbaycanı tərk edərək Ermənistana köçür. Armen Ermənistanda kollec bitirib və orada həqiqi hərbi xidmətdə olub. Onun azərbaycanlı olması hər kəsdən gizli saxlanılır. Analığı ölən günü bu sirri Armenin əmisi oğlu Robertə açır və Robertə tapşırır ki, onu Ermənistandan çıxarsın.

Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana olmur. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir. Hacıxanım Qəndab sonda oğlunun axtarışını "Səni axtarıram" proqramına həvalə edir və acı həqiqət üzə çıxır.


Azərbaycanlı ana Ermənistana aparılan oğluna qovuşdu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Oktyabr ayında məscidlər açıla bilər - Azərbaycanda
    Gələn ay pandemiyaya görə bağlanan məscidlər açıla bilər
     18.09.2020
    DTX Suriyada “Ceyşullah” tərkibində döyüşmüş şəxsi həbs etdi - FOTO
    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
     18.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ