EURO 1,9874 NEFT 75,08
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:04.08.2017 14:05:45

İndoneziyada İslam dininin əsasını azərbaycanlı alim qoyub.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İndoneziyada İslam dininin əsasını azərbaycanlı alim qoyub. Bu haqda İndoneziyanın Azərbaycandakı səfiri açıqlama verib.

O, xatırladıb ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir və bildirib ki, ölkəsi Yaxın Şərq və Mərkəzi Asiyadan, yəni İslam dininin yayıldığı əsas bölgədən uzaqda yerləşir.

İslam dini İndoneziyaya Səmərqənddən olan və XIV əsrdə yaşamış uləma Malik İbrahimin sayəsində gəlib. Mənbələrdən məlumdur ki, o Səmərqəndə Xəzər dənizinin sahilindən, daha dəqiq desək, Azərbaycandan gəlib. Malik İbrahim burada İslam dinini öyrəndikdən sonra, İndoneziyaya gedib. Beləliklə də, İndoneziyada İslam azərbaycanlıların sayəsində yayılıb.”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, 2015-ci ildə İndoneziyanın əhalisi 225 milyon nəfər olub ki, onlardan da 88 faizi müsəlmandır.


Azərbaycanlı alim yüz milyonlarla insanın müsəlman olmasına səbəb olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda 4 uşaq anası olan 23 yaşlı qadın itkin düşüb
    Goranboy rayonunda 23 yaşlı qadın itkin düşüb.
     16.07.2018
    Vilayəti: ABŞ-ın təhdidi ilə Suriyadan çəkilmərik
    İran İslam İnqilabı Lideri Ayətullah Xameneinin beynəlxalq işlər müşaviri Doktor Əli Əkbər Vilayəti "ABŞ-ın təhdidləri ilə Suriyadan çəkilmərik", - deyib.
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ