EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:10.04.2017 14:22:29

Dörd yaşlı uşaq dünya xəritəsini əzbər bilir, yaxud bir milyona qədər sayır və sair və ilaxır...

Dörd yaşlı uşaq dünya xəritəsini əzbər bilir, yaxud bir milyona qədər sayır və sair və ilaxır. Haqqında bəhs edəcəyimiz vunderkind elə öz ölkəmizdə-Salyan rayonunun Noxudlu kəndində yaşayır. Cəmi dörd yaşı var Turan Novruzovun. Atası həmin kənddə tarix müəllimidir. Turan ölkələrin paytaxtlarını, materik və qitələri, ölkələrin bayraqlarını bilir və tanıyır. Ən qəribəsi budur ki, qəhrəmanımız bayraqları görmədən təsvir etməyi də bacarır. Məsələn, ölkənin adını demək kifayət edir ki, həmin bayrağı təsvir etsin.

İslamazeri.com ölkə.az saytına istinadən xəbər verir ki, Turanın başqa bir özəlliyi isə bildiklərini öyrətmək istəyidir. Özündən bir yaş kiçik qardaşı Uğur Novruzov da artıq Turanın bildiklərini mənimsəməyə başlayıb.

Ataları Əli Novruzov deyir ki, artıq bir ilə yaxındır oğlu ilə məşğul olur, ona bildiklərini öyrədir:

“Turan xaraktercə özünə qapalı uşaqdır. Ancaq çox güclü zehni var. Məsələn, ən çətin adı olan ölkənin paytaxtını iki-üç cəhdə öyrənir. Özünün də meyli, marağı var. Kiçik oğlum Uğur isə mənim Turana öyrətdiklərimi öyrənir”.

Ə.Novruzovun ən böyük arzusu övladlarına yaxşı təhsil verə bilməkdir:

“İş elə gətirdi ki, mən ali təhsil alıb rayona qayıtdım. Çünki Qubadlıdan məcburi köçkün düşəndən Salyanda məskunlaşmışıq. Amma istərdim ki, övladlarımın daha böyük uğur qazanması üçün onlara yaxşı təhsil verim. İndiki halda əlimdən gələn bildiklərimi onlara öyrətməkdir. Bəzən elə şeylər olur ki, birlikdə öyrənirik. Fikrimcə, vətənə təkcə əsgər deyil, həm də savadlı gənclər yetişdirmək lazımdır. Çünki istənilən peşə sahibi üçün savad, bilik vacibdir”.

Qeyd edək ki, Salyanın Noxudlu kəndində məskunlaşmış Novruzovlar ailəsi əslən Qubadlı rayonunun Mahruzlu kəndindəndir.


Azərbaycanlı 4 yaşlı vunderkind - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda namizədlərin ilk debatı: Ruhani Qalibafın sözünü kəsdi...
    Dünən İranın prezident seçkilərində iştirak edən namizədlərin ilk debatı keçirilib.
     29.04.2017
    Ruhaninin təbliğat mərasimində İmam Rzanı (ə) təhqir edən aparıcı saxlanılıb
    İran prezidenti Həsən Ruhaninin təbliğat mərasimində İmam Rzanı (ə) təhqir edən aparıcı saxlanılıb.
     29.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ