EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.03.2019 01:39:11

O, görüş zamanı siyasət, təhlükəsizlik, ticarət və sərmayə məsələlərinin müzakirə olunacağını bildirib.

Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıqla bağlı əhatəli sazişə dair növbəti məsləhətləşmələr mart ayının sonunda keçiriləcək.

Bu barədə “Report”a xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

O, görüş zamanı siyasət, təhlükəsizlik, ticarət və sərmayə məsələlərinin müzakirə olunacağını bildirib.

Sazişin bu ilin mart ayınadək razılaşdırıla biləcəyi barədə daha əvvəl səsləndirilmiş ehtimallara baxmayaraq, M.Məmmədquliyev həm Azərbaycan, həm də Avropa İttifaqının maraqlarına uyğun gələcək keyfiyyətli sənəd ərsəyə gətirməyi ən mühüm məsələ olaraq gördüklərini qeyd edib: “Saziş üzərində çalışmağa davam edir, müzakirələri video-konfranslar, Bakı və Brüsseldə görüşlər şəklində aparırıq”.

Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də bu günlərdə İttifaqla Azərbaycan arasındakı danışıqların həlledici mərhələyə qədəm qoyduğunu bildirmişdi: “Aramızdakı münasibətlərin bütün tərəflərini ehtiva etməklə həm Avropa İttifaqı, həm də Azərbaycan vətəndaşlarına fayda verəcək müasir saziş ərsəyə gətirmək üçün çalışmağa davm edəcəyik”. F.Mogerini Azərbaycanın regionda başlıca tərəfdaşları olduğunu da vurğulayıb.

Xatırladaq ki, 2015-ci ildə Avropa Qonşuluq Siyasətinin sənədində təsbit olunan prinsiplərə əsaslanacaq yeni saziş Aİ ilə Azərbaycan arasındakı siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni zəmin təşkil edəcək. Yeni sənəd həmçinin Azərbaycan qanunlarını Aİ-nin başlıca beynəlxalq siyasət və ticarət standartlarına uyğunlaşdıracaq, bununla da Azərbaycan məhsullarının Aİ bazarına çıxmasına daha geniş imkanlar açacaq.


Azərbaycanla Aİ arasında yeni sazişə dair məsləhətləşmələr bu ayın sonunda keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda qadın kişini döyüb xəstəxanalıq etdi - CİNAYƏT İŞİ AÇILDI
    Günahı sübuta yetirilərsə, qadını pul cəzası, islah işləri və ya 1 il müddətinə həbs cəzası gözləyir.
     25.04.2019
    60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ