EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:14.02.2017 15:45:00

"Tufan" minaya davamlı ilk milli zirehli nəqliyyat vasitəsidir

Azərbaycan minaya davamlı “Tufan” ilk milli zirehli nəqliyyat vasitəsinin təqdim edib. İslamazeri.az-ın “AzeriDefence”ə istinadla verdiyi məlumata görə, nəqliyyat vasitəsi Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində fəaliyyət göstərən “Aqreqat” İstehsalat Birliyinin Bakı cihazqayırma zavodunda hazırlanıb. "Tufan" müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən yaradılan “Tufan”ın təqdimatında MSN rəhbərliyi ilə yanaşı Silahlı Qüvvələrin və digər güc strukturlarının nümayəndələri iştirak ediblər.

“Tufan”ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. “Tufan”ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiyaya ilə təchiz oluna bilər.

“Tufan” xarici dizaynına görə, MSN tərəfindən istehsal edilən, eləcə də Azərbaycan Ordusunun silahlanmasındakı digər MRAP tipli maşınlardan fərqlənir. Nəqliyyat vasitəsi NATO-nun STANAG 4569 standartının 3-cü səviyyəsinin tələblərinə cavab verir. Zirehi üfüqi müstəvidə 360 dərəcə bucaq altında 30 metr məsafədən atılan 7,62×51 mm AP M993 tipli zirehdələn güllədən, 60 m məsafədə partlayan 155 mm-lik qəlpə fuqas mərminin qəlpələrindən və partlayış dalğasından, təkər altında partlayan tank əleyhinəfuqas tipli minadan (8 kq TNT ekvivalenti) qorumanı təmin edir. Maşının yaradılması 2016-cı ilin sonlarında yekunlaşdırılıb.

Sınaqlardan sonra eyni şassi üzərində tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarının yaradılması planlaşdırılır.

Maşının üzərində MAKA tərəfindən yaradılmış məsafədən idarə olunan döyüş modulu yer alır. Döyüş modulu 12.7×108 mm çaplı NSVT pulemyotu və tüstü qumbaraları ilə silahlandırılıb. Modulun döyüş dəsti 300 patron, atış məsafəsi 2000 metrdir. Bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən işlənilmiş modulun üzərində gündüz və termal kameraların və lazer məsafəölçən yer alır. Gündüz kamerası ilə müşahidə məsafəsi 5000 metr, gecə kamerası ilə 800 metr, lazer məsafəölçənlə ölçmə məsafəsi 2000 metrdir. Məlumat verilib ki, modula müxtəlif kalibrli silahlar yerləşdirilə bilir.


Azərbaycanın yeni minada partlamayan "Tufan"ı - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 1 dəqiqəlik moizə: İnsan təkcə fiqhi oruc tutsa...
    İslamazeri.az-ın "Din" rubrikasından...
     28.05.2017
    Düşmən atəşkəsi 120 dəfə pozub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (10 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ