EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:28.07.2017 17:25:57

Bu ilin ilk yarısında dövlətin daxili borcu 431 mln. manat və ya 35% azalaraq 799 mln. manata düşüb.

 Azərbaycanın cari dövlət borcu ilin əvvəlindən 2,8% artaraq 2017-ci il iyulun 1-nə 7,1 mlrd. ABŞ dolları, adambaşına düşən xarici dövlət borcu da 2,8% artaraq 1 232,1 manat (təxminən 725 dollar) təşkil edib.

“Report” bu barədə borclu təşkilatların Hesablama Palatasına təqdim etdiyi operativ məlumatlara istinadən xəbər verir.
İyulun 1-nə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 mlrd. dollar məbləğində kredit sazişləri imzalanıb ki, bu da ilin əvvəli ilə müqayisədə 285,4 mln. dollar və ya 2,6% çoxdur.
Borclu təşkilatların təqdim etdiyi operativ məlumatlara əsasən, həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin ilk 6 ayı ərzində 193,5 mln. dollar və ya 2,8% artaraq 7,1 mlrd. dollara çatıb. İstifadə olunmuş və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ÜDM-in 18,2%-nə bərabər olub.
Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibində 7,6% SDR-in (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüququ), 75,4% ABŞ dollarının, 13% avronun, 2,5% Yaponiya yeni, 1,5% isə digər valyutaların payına düşüb.
Məlumatda qeyd olunub ki, ölkəyə cəlb edilmiş kreditlərin 32%-ni sabit dərəcə ilə olan kreditlər, 68%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.
Xarici dövlət borcunun 57,9%-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 38%-i 10-20 il müddətində, 4,1%-I isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq 798,7 mln. manata düşüb. Təqdim olunmuş məlumatlara əsasən, daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə alınıb.


Azərbaycanın xarici dövlət borcu artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ