1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:22.12.2016 10:53:06

Muxtar Maniyev bu gün səhər saatlarında dünyasını dəyişib

Xalq artisti Muxtar Maniyev vəfat edib. İstiPress-in məlumatına görə, şəkərli diabetdən əziyyət çəkən xalq artisti bu gün səhər saatlarında dünyasını dəyişib.

Böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il avqustun 11-də sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sol ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşib.

M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 157 filmə çəkilib. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb.

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva APA-ya bildirib ki, M. Maniyev dekbarın 22-də, səhərə yaxın dünyasını dəyişib: “Son vaxtlar çox zəifləmişdi. Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi Elə bunu dedi, ikicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu. Nəşini Tərə Pir məscidinə aparıblar. Dəfnin harada olacağını hələ bilmirik. Yəqin ki, bir saata vida mərasiminin yeri də, dəfn yeri də dəqiqləşər”. 


Azərbaycanın xalq artisti Muxtar Maniyev vəfat edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-da müsəlman icması bu yolla yoxsul ailələrə sevinc bəxş etdi
    ABŞ-ın Vokiqan şəhərini müsəlmanları ehtiyyacı olan ailələri sevindiriblər.
     16.08.2017
    Binəqədi, Mehdiabad və Novxanıya dörd milyon manat ayrılıb
    İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
     16.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ