EURO 2,0342 NEFT 56,86
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:04.07.2017 14:29:08

Səhiyyə Nazirliyi: Daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir

“Bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Onun sözlərinə görə, daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir: “Ali təhsil müəssisələrinin adından istifadə olunmaqla analoji faktlar çox nadir hallarda müşahidə olunur”.
E.Əzizov onu da əlavə edib ki, saxta diplomların sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur.
Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan faktların 20-30 faizi xarici ölkədə oxuyub geri qayıdan şəxslərə aiddir.


Azərbaycanın səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışını etdi
    Prezident İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
     24.09.2017
    Aldadıb 13 min manatını əlindən aldı - Bakıda
    Bakıda dələduzluq hadisəsi baş verib.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ