EURO 1,8691 NEFT 51,35
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:23.01.2017 15:21:17

Ölkədə, xüsusən də Bakıda İslam cameəsində baş verən son hadisələri İslamazeri.az olaraq analiz etdik.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" adlandırdığı zamanda ölkədə son günlər İslam cameəsinə qarşı yeni hücumların başladıldığı barədə fikirlər formalaşıb. Buna Yeni Günəşlidə yerləşən "Xanım Fatimeyi Zəhra" məscidinin sahəsinin ələ keçirilməsi və adının dəyişdirilməsi, Hacı Cavad məscidinin sökülməsi şayiələrinin yayılması, "Əhli-Beyt" Hüseyniyyəsinə dindarların getməsinə maneə törədilməsi, Gəncənin "İmamzadə" ziyarətgahında yerləşən "İmam Hüseyn" meydanının bağlatdırılması və plakatın sökülərək yerə atılmasını misal çəkmək olar.

Diqqətçəkən məsələ isə budur ki, yayılan məlumatların heç biri rəsmi olaraq təsdiqlənməyib. 

 

"Xanım Fatimeyi Zəhra" məscidinin torpaq sahəsinin məsciddən alınması və adının dəyişdirilməsi məsələsinin dolayı yollarla ibadət ocağının işçilərinə deyildiyi açıqlansa da, bu iddianın kimlər, hansı qurumlar tərəfindən bildirildiyi məlum deyil. Buna görə də yayılan xəbərlər hələ ki, şayiə olaraq dəyərləndirilir.

 

 

 

 

 

İkinci məsələ keçmiş "Sovetski" adlanan ərazidə digər tarixi məscidlərlə yanaşı Hacı Cavad məscidinin də söküldüyü barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Məlumatın kimlər tərəfindən yayıldığı bizə məlum olmasa da, məscidin sökülməsi hələ ki, gündəmdə deyil. Yəni bu da hələ ki, şayiə olaraq qalır.

 

 

 

 

 

 

Üçüncü məsələ İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin Bakıdakı Hüseyniyyəsinə azərbaycanlıların getməsinə maneə törədilib. Maneə törədənlər özlərini sahə müvəkkilləri və polis əməkdaşları kimi təqdim ediblər. Onlar müxtəlif səbəblər gətiriblər: "İran səfirliyi bizə müraciət edib ki, bura ancaq iranlıları buraxaq. Adam çox gəlir, iranlılara yer qalmır", "Bura yaxın zamanda söküləcək, bağlıdır, başqa məscidə gedin", "Bura iranlılarındır, siz öz məscidlərimizə gedin" və s. Bu hadisə cümə gününə qədər davam edib. Lakin cümə günündən sonra Hüseyniyyəyə gediş-gəlişə maneə törədilmir. 

 

 

 

 

Dördüncü məsələ isə Gəncənin "İmamzadə" ziyarətgahında yerləşən "İmam Hüseyn" meydanının bağlatdırılması və plakatın sökülərək yerə atılması məsələsi də gündəmdədir. Gəncənin icra hakimi Elmar Vəliyev bu vaxta qədər dindarlarla dəfələrlə problem yaşayıb. E. Vəliyev Yevlaxda icra başçısı olduğu müddətdə də bu problemləri yaşatması daim müzakirə mövzusu olub. Hətta Yevlax dindarları buna görə Prezident Aparatına da müraciət ediblər. Hazırda meydanın bağlatdırılması barədə də heç bir rəsmi məlumat verilməyib. Hadisə haqqında məlumatı jurnalist Əvəz Zeynallı yayıb, bir qrup Gəncə sakinləri də bunu təsdiqləyib.

 

 

Sosial şəbəkələrdə bütün bu yuxarda sadalanan hadisələrin tanınmış ruhani Hacı Tale Bağırova hökm oxunması ilə əlaqələndirirlər. Ehtimal edilir ki, bütün bu şayiələr və məhdudiyyətlər məhkəmədə hökm elan edildiyi ərəfədə gündəmə gətirilib. Bununla da qabardılan mövzular ön plana çəkilməklə məhkəmənin qərarı arxa plana düşməsi planlaşdırılır. 

 

 

 

 

 

 

Digər ehtimal edilən fikir budur ki, prosesin bu cür davam etdirilməsi dini cameədə inanclıları hiddətə gətirmək və bununla da hansısa maraqları təmin etmək məqsədi daşıyır. Maraqlıdır ki, bu fikrin arxasında kimlər durur? Kimlər "İslam Həmrəyliyi İli"ndə dindarları meydana çəkməyə çalışır? Kimlər Azərbaycan hökumətini İslamofob göstərməkdə maraqlıdır?

"Xanım Fatimeyi Zəhra" məscidinin torpaq sahəsinin alınması və adının dəyişdirilməsi ilə bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanlar İdarəsinə müraciət edərək rəsmi mövqelərini açıqlamasını xahiş etmişik. Hər iki qurumun cavabını əldə etdiyimiz zaman yayımlayacağıq. 

Xatırladaq ki, 2010-cu ildə Yeni Günəşlidə yerləşən "Xanım Fatimeyi Zəhra" məscidinin sökülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinə müraciət etmişdi  və məhkəmə İcra Hakimiyyətinin xeyrinə qərar çıxarmışdı. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlamışdı. Dindarların sayca 3-cü məscidin sökülməsinə narazılığı dövlət başçısı tərəfindən dəyərləndirilərək məscidin sökülməyərək QMİ-nin balansına verilməsinə dair göstəriş vermişdi.


Azərbaycanın İslam cameəsində nə baş verir? Şayiələr, həqiqətlər, maraqlar - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Husilər Səud şəhərlərini ballistik raketləri ilə atəşə tutdu
    Yəmənin "Ənsarullah" hərəkatı Səud şəhərlərini ballistik raketlərlə atəşə tutdu.
     28.03.2017
    Vəkil satirik şairlə görüşüb:
    Vəkil Elçin Sadıqov satirik şair Tofiq Həsənli ilə görüşüb.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ