1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:19.10.2018 10:09:44

Azərbaycanda karyera zirvəsinə çatmış, öz sahəsində böyük uğurlar əldə etmiş xanımlarımız da az deyil...

Qadınların rolu və iştirakı olmadan hər hansı cəmiyyətin inkişafı və tərəqqisi mümkün deyil. Nə qədər acı olsa da, şərq dəyərlərinin hakim olduğu cəmiyyətlərdə qadınlar bir o qədər önə çıxmağa həvəsli olmurlar. Bunu doğuran obyektiv və subyektiv səbəblər var. Bir səbəb mentalitetin yaratdığı manelərdisə, digər səbəb yaxınlarının buna etiraz etməsidir.
 
Lakin bununla yanaşı Azərbaycanda karyera zirvəsinə çatmış, öz sahəsində böyük uğurlar əldə etmiş xanımlarımız da az deyil.
 
Azxeber.com bu məqalədə sahibkarlıq sektorunda öz sözünü demiş işgüzar xanımlardan bəhs edəcək.
 
Zərifə Həmzəyeva 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan "Gazelli” şirkətinin sahibidir. "Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir. 20 milyon manatdan çox nizamnamə kapitalına sahib olan şirkətin Bakının Şüvəlan qəsəbəsində 10.000 kvadrat metrdən artıq istehsalat sahəsi və bir neçə törəmə müəssisəsi var. Şirkət 200 addan çox məhsul istehsal edir. Eyni zamanda Z.Həmzəyeva maliyyə bazarında da iştirakçılardan biridir. O, ölkəmizin aparıcı banklarından birində payçılardandır.
 

 

Kəbirə Məmmədova paytaxtın iri ticarət mərkəzlərindən olan və uzun müddətdir fəaliyyət göstərən "Binə” Ticarət Mərkəzinin rəhbəridir. Ticarət mərkəzi qeyri-ərzaq məhsulları sahəsində ölkəmizin ən böyük topdansatış mərkəzlərindən biridir. Hazırda Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzi təkcə paytaxtı deyil, regionları da geyim, elektronika, məişət, xırdavat və digər məhsullarla təmin edir. Mərkəzin tabeliyində minlərlə dükan fəaliyyət göstərir.
 

Image result for Kəbirə Məmmədova

 

Aytən Quliyeva paytaxtın ən böyük tibb ocaqlarından olan - "Baku Clinic”in rəhbəridir. Nərimanov rayonu ərazisində yerləşən hospital laborator analizlər və instrumental müayinələr sahəsində böyük təcrübəyə malikdir. Eyni zamanda bu tibb mərkəzinin nəzdindən fəaliyyət Cərrahiyyə Mərkəzində müxtəlif səpkili endoskopik və laporoskopik əməliyyatlar icra olunur.
 
  

 

Səkinə Babayeva Azərbaycanın ilk tikiş müəssisələrindən olan Bakı-Əyrici-Toxucu-Trikolaj Fabrikinin rəhbəridir. Onu digərlərindən fərqləndirən iki xüsusiyyət var. Bunlardan biri adi işçidən fabrik sahibliyinə qədər yüksəlməsi, digəri isə eyni zamanda ictimai fəaliyyətlə məşğul olmasıdır. S.Babayeva həmçinin İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılmış Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir.

 

Leyla Şıxlinskaya Azərbaycanda ilk şəxsi klinikalardan birinin – öz adını daşıyan klinikanın sahibidir. İxtisasca aktrisa olan və bir çox filmlərdə rol alan L.Şıxlinskaya həkim ailəsində dünyaya göz açıb. Görünür ailədən gələn təcrübə onun üçün yol xəritəsi olub və tibb ocağı yaratmaq qərarına gəlib. Hazırda bu klinikada bir çox tibbi prosedurlarla yanaşı Doğuş şöbəsi də fəaliyyət göstərir.

 
 


Azərbaycanın ən varlı xanımları

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ