EURO 1,9314 NEFT 60,39
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.03.2018 12:55:06

Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Qurumdan Trend-ə verilən məlumata görə, martın 8-9 -da DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində 3 halda dörd nəfər əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınmışdır.

Martın 8-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı - 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb. 

Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan isti­qamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Buka­vadze Sara Röv­şən qızı sərhəd pozucusu qismində saxla­nılıb.

9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respubli­kası istiqa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı – 1989-cu il təvəllüdlü Yerjaşeva Mav­hudxov Qafurovna sərhəd pozucusu qismində saxlanıl­ıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Azərbaycanın dövlət sərhədini pozan əcnəbilər saxlanıldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman uşaq ümumdünya riyaziyyat turnirinin qalibi oldu
    Turnirdə 80 ölkədən olan 12 mindən çox insan toplaşıb
     14.12.2018
    Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb
    Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətini təmin etməyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ