EURO 1,8495 NEFT 51,73
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:25.01.2017 15:44:35

"Hamının Türkiyə dövlətindən gözləntisi budur ki, haqq bərpa olacaq və TV-lər öz fəaliyyətinə davam etdirəcəklər."

Yanvarın 23-ü Türkiyədə fəaliyyət göstərən Kanal 12 və On4 TV televiziya kanallarının fəaliyyəti dayandırıldı. Kanallar terror təşkilatlarına dəstək olmaqda və dövlətin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə ittiham olunaraq qapadıldı. TV-lərin yayım hüququnun əlindən alınması izləyiciləri tərəfindən narahatlığa səbəb oldu. Kanal 12 və On4 TV efirində əsasən məzhəblər arasında problemə yol açmayacaq dini mövzular yer alırdı. 

İslamazeri.az mövzu ilə əlaqədar ölkə ruhanilərinin fikirlərini öyrənib.

"Qasımbəy" məscidinin axundu, ilahiyyatçı Hacı Samir Ağayev İslamazeri.az-a münasibət bildirərkən deyib ki, kanalların fəaliyyəti zamanı heç zaman ixtilaflı məslələrə toxunmayıb: "Kanal 12 və On 4 TV-nin fəaliyyəti ilə yaxından tanışam, həmişə izləyirdim. Yalnız ümmətin arasında vəhdət yaratmağa çalışırdılar. Gözəl, əxlaqlı mövzuları insanlara çatdırırdılar, Qurana və Peyğəmbər (s) sünnəsinə söykənən təbliğatlar aparırdılar. Heç vaxt ixtilaflı mövzuları televiziya tamaşaçılarına nümayış eləmirdilər. Biz telekanalların bağlanmasını çox haqsız sayırıq. Bu, həqiqətən də, haqsız qərardır. Ümid edirik, haqq ortaya çıxar və onlar öz fəaliyyətini bərpa edərlər.  Həqiqətən də bizim Azərbaycan cəmiyyətini narahat edən bir mövzudur. Ona görə ki, bizim əhalinin dindar təbəqənin böyük əksəriyyəti, hətta deyərdim, qeyri-dindar təbəqədə olan insanlar da bu kanalları izləyirdi. Dindarlar və cəmiyyət arasında böyük narazılıq var. Hamının Türkiyə dövlətindən gözləntisi budur ki, haqq bərpa olacaq və TV-lər öz fəaliyyətinə davam etdirəcəklər. Buna görə həqiqətən çox narahatıq."

İlahiyyatçı Hacı Şəhadət Heydarov mövzu ilə əlaqədar İslamazeri.az-a fikirlərini bildirərkən qeyd edib ki, insanları maarifləndirməkdən ibarət olub: "Kanal 12 və On4 TV fəaliyyətə başladığı gündən bu günə kimi çalışıblar ixtilaflı məsələlərə toxunmasınlar. Bizi də On4 TV-yə dəvət edəndə görürdük ki, rəhbərlik mövzuları bizə təqdim edərkən, məzhəblər arasında problem yaranmaması üçün çox diqqətli olurdular. Heç vaxt çərçivədən kənara çıxmayıblar. Kanalların fəaliyyəti insanları maarifləndirməkdən ibarət olub. İzləyiciləri də kifayət qədər idi, hətta ucqar kəndlərə və rayonlara səfər etdiyimiz zaman görürdük ki, oradan da bu TV-ləri izləyənlər var."

İlahiyyatçı qeyd edib ki, kimlərsə Türkiyədəki mövcud vəziyyətdən istifadə edib kanalları qapadılmasına nail oldular. O bildirib ki, tarixən Əhli-beyt (ə) davamçılarına və İslam maariflənməsinə qarşı belə addımlar atılıb: "Keçmiş dövrdə tarixi kitabların vərəq-vərəq yandırılması da buna sübutdur. İndi bizə çatan 4 mühüm kitab həmin o kitablardan yığılanlardır." 
Hacı Şəhadət Heydərov kanalların bağlanmasının hüquqi qaydalara tamam zidd olduğunu vurğulayıb."Sübut, dəlil göstərmədən belə qərar verilir. Nəinki Türkiyədə, dünyanın hər bir yerində haqqa qarşı hücumların şahidi oluruq. Yəqinim var ki, bu məsələdə sionistin, yəhudinin, Qərbin əli var. Kanallar Türkiyədə terror hadisələri baş verərkən buna etirazını bildirib, vəhdətdən danışıb. Terrorla bağlılığı olan kanal belə fəaliyyət göstərməz. Bu, gün kimi aydın məsələdir. Türkiyədəki vəziyyətdən istifadə edib kanalları bağladılar, adını da terror qoydular. Maarifin qarşısını başqa cür almaq mümkün deyil". 

İlahiyyatı On4 TV-nin efirində 20 Yanvar günü ilə əlaqədar xüsusi süjetin yer aldığını diqqətə çatdırdı: "Digər Türkiyə kanallarına baxanda yerlə göy qədər arasında fərq var idi. Hətta Azərbaycan telekanallarda 20 Yanvar gününün ertəsi yenidən musiqili proqramlar davam edirdi. Amma On4 TV yenidən təkrar süjetləri efirə verdi. Azərbaycana bəslədiyi hörməti və sayğını sübut elədilər. Çox təəssüflər olsun ki, kanallar qapadıldı."

İlahiyyatçı Hacı Qürbət Abdulov  isə öz növbəsində İslamazeri.az-a bildirib ki, qapadılan kanallar fəaliyyəti zamanı cəmiyyətə yalnız müsbət təsir edirdi: "Kanal 12 və On4 TV-nın yayımı dayandıqdan sonra izləyicilərin narahatlıqlarının şahidi olduq. Ola bilsin ki, TV-lər kimlərinsə marağı ilə üst-üstə düşmədi ona görə fəaliyyəti dayandırmaq məcburiyyətində qaldılar. Kanalın efirində təsirli dini filmlər yer alırdı. Baxırdın ki, qeyri-dindarlar tərəfindən də maraqla izlənilir. Türkiyədə bəzi televiziya kanalları var ki, efirində dini gözdən salan görüntülərin, verilişlərin şahidi oluruq. Lakin onların fəaliyyətinə qarşı heç bir addımlar atılmır."


Azərbaycanın din xadimləri Kanal 12 və On4 TV-nin qapadılmasına etiraz etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ İŞİD komandirinin mal varlığını müsadirə etdi
    ABŞ Əbu Bəkr Bağdadinin müavinlərindən birinə qarşı sanksiya tətbiq edib.
     28.04.2017
    Tramp: Özümü barama kimi hiss edirəm
    Donald Tramp prezidentliyin bu qədər çətin olduğuna inanmadığını bildirib.
     28.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ