EURO 1,9658 NEFT 73,55
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:12.03.2018 10:34:20

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinin icrasına başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, dərnəyin sədri Cəvahir Əhmədova bildirib ki, Türkiyə Baş Nazirliyinin Tanıtım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Türkiyə və Azərbaycanda olan şəhid uşaqlarını və ailələrini görüşdümək, onları ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda terrora qarşı Afrin əməliyyatında Türkiyə dövlətinə və ordusuna mənəvi dəstək olmaqdır: "Bu məqsədlə Azərbaycanın şəhid övladlarından ibarət 38 nəfərlik qrup martın 15-dən 27-dək Türiyədə səfərdə olacaq. 12 gün ərzində şəhid övladları Ankarada Mustafa Kamal Atatürkün Mavzoleyini, Türkiyə Cümhur Başkanlığını, Türkiyə Böyük Millət Məclisini ziyarət edəcək, rəsmi şəxslərin qəbulunda olacaqlar".

Daha sonra uşaqların Bursaya və Eskişehirə səfəri planlaşdırılır. Uşaqlar bu şəhərlərdə tarixi yerləri gəzəcək, mədəniyyət abidələri ilə tanış olacaqlar. Şəhid övladlarının səfəri Afyonkarahisar, Kocatepe şəhidliyi, Çanakkaladan keçərək İzmirdə başa çatacaq. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyət göstərdiyi İzmirdə Türkiyədə olan şəhid uşaqları və ailələri ilə görüş, birlikdə tarixi və mədəni yerlərə gəzinti təşkil olunacaq. Səfər müddətində şəhid uşaqlarını 1 həkim, 2 tarixçi alim, 1 psixoloq və 6 nəfərdən ibarət nəzarətçi qrup müşayiət edəcək.

Qeyd edək ki, layihənin ikinci mərhələsində sentyabr ayında Türkiyədən Azərbaycana 50 şəhid övladının səfəri nəzərdə tutulur. Layihənin Azərbaycan üzrə koordinatoru “Palitra” qəzetinin Fuad Hüseynzadədir.


Azərbaycanın bir qrup şəhidinin övladları Türkiyəyə səfər edəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda universitet binası uçdu - FOTO
    Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.
     21.06.2018
    ABŞ-ın Əfqanıstanda narkotiklə
    Dünya miqyasında narkotik maddə əkinində aparıcı ölkələrdən biri olan Əfqanıstanda 3 milyon insanın narkotik maddələrdən asılı olduğu bildirilir.
     21.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ