EURO 1,9671 NEFT 75,46
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:03.04.2017 17:04:01

Səhiyyə Nazirliyinin baş mütəxəssisi, respublikanın baş cərrahı böyrək köçürülməsi əməliyyatından danışıb.

Azərbaycanda orqan transplantasiyasına 2008-ci ilin dekabr ayında başlanıb. Bu əməliyyatlar zamanı donorlar əsasən yaxın qohumlar olurlar, amma bəzən yad adamlardan da böyrək alındığı barədə xəbərlər eşidirik. Paytaxtın müxtəlif yerlərində “Böyrəyimi satıram” tipli elanlarla tez-tez rastlaşırıq və həmin elanlarda nömrələr də qeyd olunur. Həmin elanlardan birində olan telefon nömrəsi ilə əlaqə saxladıq. 

Elanın sahibi "Report"a adının Rəşad və 36 yaşının olduğunu bildirib: "Övladım ağır xəstədir. Beyninin gicgah nahiyəsinə su yığılıb, təcili əməliyyat olunmalıdır. Ona görə də 9 000 manat pula ehtiyacımız var, başqa yerdən pul tapmaq imkanım yoxdur. Övladımın yaşaması üçün böyrəyimi satmağa məcburam”.

Səhiyyə Nazirliyinin baş mütəxəssisi, respublikanın baş cərrahı, əməkdar həkim Hacıqulu Bağırov "Report"a deyib ki, böyrək köçürülməsi zamanı donor yalnız xəstənin ən yaxın qohumu olmalıdır, yad adam ola bilməz: “Böyrək verən şəxs könüllü olmalıdır. Yad şəxsin donor olmasına icazə verilmir. Əgər maddi sövdələşmə varsa, Azərbaycan qanunlarına uyğun deyil. Böyrək satanlar da cinayət törədir. Milli Məclisdə orqan köçürülməsi ilə bağlı layihə müzakirə olunur”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə vurğulayıb ki, Azərbaycanda orqan ticarəti, alış-verişi qanunla qadağanadır və Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyır. Ona görə də böyrək donorları yalnız yaxın qohumlar ola bilərlər.


Azərbaycanın Baş cərrahı böyrək alverindən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Emin Mahmudov:
    "Neftçi” klubunun futbolçusu Emin Mahmudov komandanın rəsmi saytına müsahibə verib.
     20.06.2018
    Əməliyyatlarına cavab olaraq İsrailə 45 raket və minamyot zərbəsi tuş gəldi
    Dünən gecə saatlarında İsrailin nəzarətində olan ərazilərə Qəzzadan 45 raket zərbəsi endirilib
     20.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ