EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:19.12.2018 09:43:31

Azərbaycanın “Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb.

Azərbaycanın “Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Trend-ə “Azərkosmos” ASC-dən məlumat veriblər.

Məlumata əsasən peyki təxminən iki ay sınaq orbitində istifadə olunacaq, daha sonra yekun orbitinə - 45 dərəcə şərq uzunluğuna yerləşdiriləcək: “Gələn ilin əvvəlində peyk “Azərkosmos”un idarəsinə veriləcək və onun kommersiya istifadəsi başlayacaq”.

Qeyd edək ki, "Azerspace-2" sentyabrın 26-ı Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.

“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq.

“Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.


Azərbaycanın “Azerspace-2” peyki sınaq orbitinə çatıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xocalı faciəsinin canlı şahidi: “Gözümün önündə bibimi və övladını qətlə yetirdilər” - MÜSAHİBƏ
    O, 13 yaşında ən yaxın ailə üzvlərindən 71 nəfərini itirib.
     23.02.2019
    Bu şəxslərin duaları geri qaytarılmır
    Hədislərdən gələn məbələrə əsasən, bir dəstənin duası geri qaytarılmaz
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ