1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:12.03.2020 12:24:33

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

APA-nın xəbərinə görə, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrinin rəhbərlərinə təlimat məktubu imzalayıb.

Təlimat məktubunda qeyd edilib ki, buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək. Başqa sözlə, tədris ilinin müddəti 15 gün artırılacaq.

 

Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib. Məktubda imtahan sessiyasının 15 iyun - 13 iyul tarixlərində keçirilməsi qərara alınıb.

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin ("Təhsil" ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməyəcək, yəni, dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonunadək aparılacaq. "Təhsil" ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyunun 14-ə qədər davam etdiyinə görə) iyunun 15-ə qədər davam etdiriləcək və bu zaman dövlət attestasiyası iyunun 15-dən iyulun 13-dək aparılacaq.


Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti uzadıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
     11.07.2020
    Çox dilli Shafaqna agentliyinin Azərbaycan dilində saytı fəaliyyətə başladı
    "Çox dilli Shafaqna.com agentliyinin azərbaycanca bölməsi fəaliyyətə başlayıb."
     11.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ