EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:09.05.2017 16:53:28

"Layihənin icrası nəticəsində 2 500 nəfər daimi işlə təmin ediləcək."

Azərbaycanda daha bir mebel fabriki yaradılacaq. Fins.az xəbər verir ki, bu barədə "Saloğlu" şirkətinin təsisçisi Tacəddin Mustafayev mediaya açıqlamasında məlumat verib.

Bildirib ki, yeni açılan "Venzana" fabriki “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində fəaliyyət göstərəcək. Fabrik 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulur.

T.Mustafayev deyib ki, layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2 500 nəfər daimi işlə təmin ediləcək.

Fabrikdə işçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması da nəzərə alınıb. Belə ki, müəssisənin nəzdində körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası planlaşdırılır. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək.


Azərbaycanda yeni fabrik tikilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ